Son zamanlar valideynlər arasında yayğın bir narahatlıq mövzusu olan dostu olmayan uşaqlar problemi, uşağın sosial inkişafı üçün ciddi bir təhlükə yarada bilər. Valideynlərdən tez-tez “Övladımın dostu yoxdur, nə etməliyəm?” kimi suallar gəlir və bu, xüsusilə yeniyetməlik dövründə daha çox qarşılaşılan bir vəziyyətdir. Bu problemə vaxtında müdaxilə edilməzsə, uşağın gələcəkdəki sosial bacarıqlarına və peşə həyatına mənfi təsir göstərə bilər. Dostu olmayan uşaqlar sosial təcrid yaşayaraq özünəqapanan və pessimist bir şəxsiyyətə çevrilə bilər.
Əvvəlcə valideynlər anlamalıdırlar ki, uşağın dostsuz qalması ciddi bir məsələdir və diqqətdən kənarda qalmamalıdır. Bəzi valideynlər bu halı normal, hətta müsbət bir vəziyyət kimi qiymətləndirirlər, lakin bu, yanlış bir yanaşmadır. İnsan təbiəti etibarı ilə sosial bir varlıqdır və uşağın dostluq münasibətləri, sosial bacarıqlarının inkişafı, ünsiyyət qurma qabiliyyəti və gələcəkdə iş həyatında uğurlu olması üçün vacibdir. Uşaq sosial əlaqələrdən uzaq qalarsa, bu onun gələcək həyatına mənfi təsir edəcək və iş, şəxsi münasibətlərində çətinliklər yaradacaq.
Dostu olmayan uşaqlar: Valideynlər nə etməlidir?
Valideynlər bu problemi həll etmək üçün uşaqları ilə açıq söhbətlər aparmalı, onların hiss və düşüncələrini dinləməli və onları sosial fəaliyyətlərə yönəltməlidirlər. Uşağın özünə inamını artırmaq və onun sosial bacarıqlarını inkişaf etdirmək üçün dostluq qurma qabiliyyətlərini gücləndirən fəaliyyətlərə qatılmasına şərait yaradılmalıdır. Əgər problem uzun müddət davam edərsə və uşaq hələ də dostsuz qalarsa, mütləq bir psixoloq dəstəyinə müraciət edilməlidir. Dostu olmayan uşaqlar problemini həll etmək üçün erkən müdaxilə və dəstək həyati əhəmiyyət daşıyır.
Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova