Uşaqlar bu amillərə görə tətil günlərində yaxşı İstirahət etməlidirlər - Psixoloq İzah etdi

Uşaqlar bu amillərə görə tətil günlərində yaxşı İstirahət etməlidirlər – Psixoloq İzah etdi

“İlk növbədə bildirmək lazımdır ki, tətil və istirahət günlərindən sonra uşaqlar məktəbə qayıtdıqda daha gümrah və enerjili olmaları üçün tətil günlərində yaxşı istirahət etməlidirlər. Amma bununla yanaşı öyrənməkdən də geri qalmamalıdırlar. Belə vaxta valideynlərin onlar üçün əyləncəli, eyni zamanda öyrədici olacaq təlimlərə yönəltmələri məsləhətlidir”. Bu sözləri SİA-ya açıqlamasında Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman-Klinik psixoloq Narınc Rüstəmova deyib.

O bildirib ki, uşaqlar bir müddətlik tətillərdən sonra yenidən bağçaya, məktəbə qayıtdıqda onlarda adaptasiya prosesi müəyyən mənada çətin olur: “Bundan əlavə bu bəzi azyaşlı uşaqlarda, xüsusən birinci sinfə və məktəbəqədər başlayan uşaqlar üçün yeni bir dövr hesab edildiyi üçün adaptasiya çətinliyi və məktəb, sinif, düşdüyü yeni mühitə və s. qarşı müəyyən qorxular özünü göstərə bilir. Təbiidir ki, bu mərhələni hər bir uşaq fərqli formada keçirir. Ana-uşaq simbiozu olan, bağçaya ara-sıra gedən, ərköyün böyüdülən və s. tipli uşaqlarda bu prosses digər uşaqlara nisbətən bir az çətin ola bilir. Bu barədə tez-tez bu tipli suallar ünvanlanır: “Burada valideynlər nəyə diqqət etməli, uşaqlarının çətinlik çəkməməsi üçün nə etməlidirlər”

Qeyd etdik ki, uşaqlarda adaptasiya çətinliyi ilə yanaşı, bağça qorxusu və bərabərində məktəb qorxusuna da təsadüf edilir. Belə uşaqların istər məktəbdə, istərsə də bağçada valideynləri və ya nənə-babaları ağlamamaları üçün müəyyən müddət yanlarında oturduğunun da şahidi oluruq. Hətta bu fobiyaların ağır forması da görə bilirik, məsələn: uşaq artıq 3-cü sinifdə oxuyur hələ də dərsdə valideyni onun yanında oturur.

Uşaqlarda bu probelmi koressiya etmək üçün birmənalı olaraq 3-cü şəxsin, yəni psixoloqun müdaxiləsi lazımdır. Zamanında korreksiya edilmədikdə uşaqlarda yuxu pozulmaları, temperaturun qalxaması, qusma, baş ağrası və s. kimi psixosomatik əlamətlər də baş verə bilər. Psixoloq terapiyalar sırasında uşaqla özgüvən çalışmaları etməyə və özgüvənini müəyyən səviyyəyə qaldırmağa başlayır. Çünki, özgüvəni aşağı olan uşaqlarda da bu tip fobiyaların ağır formasına təsadüf edilir. İrəliləyən zamanlarda isə müxtəlif tapşırıqlar və üsullarla bu problem korreksiya edilə bilir”.

Müəllif: Səbinə Hüseynli

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });