Günümüzdə artan hallardan biri də uşağına “yox” deməyi bacarmayan valideynlərin sayının artmasıdır. Bu davranışlar ilə böyüdülən uşaqlar ümumi olaraq “mən “mərkəzli olurlar. Xüsusilə, özlərinə əhəmiyyət verən, beləliklə də insani həssaslığı zəif olan bir nəsil yetişməkdədir. Uşağın böyüdülməsində valideynlər tərəfindən edilən bir çox xətalar vardır. Bunları ümumiləşdirsək aşağıdakı maddələr ortaya çıxmış olar:1. Uşağa yalan demək! Bir çoxumuz uşaqlıqda bu mənzərə ilə rastlaşmışıq “ağzını aç bu sonuncu qaşıqdır, bax bu sondur… “ beləliklə sonuncu qaşıqların həddi hesabı bilinməz. Beləliklə, əslində uşağa yalan danışmağı öyrədən ana-atalardır.
- Söz verib, tutmamaq! Bax, bu məsələdə bir çox ana atalarımız təəssüf olsun ki, mənfi mənada olduqca uğurludur. Zamanı doğru bölə bilmədiyimiz üçün uşağımıza verdiyimiz sözü də yerinə yetirmirik. Uşaq bir şey istədiyi zaman, “Yaxşı edərik “deyirik. Uşaq “Nə zaman? “soruşanda isə təsadüfən ağlımıza gələn cavabı vermiş oluruq: “Həftə sonu edərik yaxud filan tarixdə edərik “. Unutmayın ki, uşaqlar çox ağıllıdırlar və onlara verilən sözləri unutmazlar. Günü gəldiyi zaman “Bəs edəcəkdik? “ deyə soruşarlar. Uşaqların yaddaşlarında tutduğu bir dəftər vardır və hər şeyi oraya qeyd edərlər. “Dedi və Etmədi “deyə yaddaşına yazılar. Uşağın sizə olan güvəni tam olaraq qırıldığı zaman isə nə desəniz də mənası olmaz,sözünüzə qulaq asmaz və sizə tabe olmaz.
- Uşağın yerinə qərar vermək! Uşağa verilən suallara, uşaqların yerinə cavab verən ata-analar çoxdur. ABŞ-da belə valideynlərə “Helicopter parent” yəni “Vertolyot ana ata “deyilir.
- Uşaqları texnologiyadan asılı etmək! Siz ev işlərinizi rahat etmək üçün uşağınızı TV, iPad qarşısında saatlarla cizgi filmi izləsin deyə qoyduğunuz zaman həm fiziki, həm də zehni inkişafına zərər vermiş olursunuz. Ekran qarşısında keçirilən vaxtı azaltmaqla onların daha yaradıcı və daha az aqressiv olmalarına kömək etmiş olarsınız.
- Uşağınızı eşitməmək! Uşağınız sizə birşey danışdığı zaman onu maraqla dinləyin. Unutmayın ki siz uşağınızın qarşısında bir modelsiniz və o da sizi, sizin onu eşitmədiyiniz kimi dinləməyə bilər. Əgər uşağınız sizə bir şey deməyə çalışırsa, onu dinləyin.
- Başqalarının yanında mühakimə etmək! Uşaqlarımız haqqında olan fikirlərimizi başqalarının da yanında bəzən çox rahatlıqla ifadə edirik. Bunun adı əslində “Stigma “ dır, yəni onu damğalamış oluruq. “Xalası bax, bu uşaq çox dəcəldir “, “Müəlliməsi, bu evdə də belə edir “kimi ifadələr uşağınızı alçaltmış olar.
- Uşağın hər istədiyini etmək!
- Qaydalar qoymamaq! Qaydaların olmadığını bir ailədə məsuliyyət hissi inkişaf etməz. Qaydalar ailə üzvləri arasında rahat başa düşülən dillə olmalı və tətbiq edilməlidir.
- Uşağınıza dediklərinizi, özünüzün etməməniz! Uşaqların etməsini istədiyiniz şeyləri siz etməsəniz, onlar da sizin sözünüzün əsası olmadığını düşünə bilər. Bunun ən sadə misalı, özü sağlam qidalanmayan ana – ataların uşaqlarını sağlam qidalanmağa məcbur etmələridir.
- Uşağınızı özünüzdən asılı halda böyütmək! Əgər siz uşağınızın çantasını hazırlayıb, bir yerə gedərkən əlindən tutursunuzsa, özü öz başına gəzməsinə icazə vermirsinizsə, onlara bacarıqsız olmağı öyrədirsiniz. Bir müddət sonra uşaqlar, hər şeyi etməyin sizin öhdəliyiniz olduğunu düşünəcək, siz olmadan heç bir yerə gedə bilməyəcək, öhdəliklərinin məsuliyyətini ala bilməyəcəkdir.
- “-Mış”kimi etmək! Sevirmiş, əhəmiyyət verirmiş kimi davranmamaq lazımdır. Çünki uşaqlar səmimiyyətlə olan və səmimiyyətsiz olan şeyləri çox gözəl şəkildə bir birindən ayırmağı bacarır.
Bənövşə Soltanova
Narınc Psixologiya Mərkəzi.
Oxunub: 962