Uşaq yalanı

Uşaq yalanı

Bildiyimiz kimi uşaq yalanı ilə hər bir valideyn qarşılaşıb. Nə qədər xoşagəlməz olsa da, yalan danışmaq uşaqlar üçün həyata uyğunlaşmağın bir növüdür. Amma uşaqların yalan danışmaq səbəbləri tamamilə fərqli təzahür edir. Uşaqların yalan danışmasında bilavasitə günahkar valideynlərdir. Bəzən uşaqların fantaziyalarını yalan deyə adlandırırlar. Kamilləşməmiş, infantil, tənqid olunmayan uşaqlar fantaziyayaya daha çox yönəlirlər. Uşağa, onun bacaramayacağı işi yüklədikdə daha çox yalan danışmağa meyil edir və yaxud da daimi olaraq cəzalanmaq qorxusu ilə yaşayır. Həmişə üzərlərinə qışqırılan, üstlərinə düşən uşaqlar daha çox yalan danışırlar. Ona görə ki, onlar özlərini müdafiə edir, “təmizə çıxarır”, öz davranışlarına haqq qazandırırlar.Yəni, yalan onlar üçün özlərini müdafiə etməyin bir yoludur. Əksər hallarda, uşaq nəyəsə görə sizdən icazə alırsa və cavabınızın yox olacağından əminsə, bu halda yalana meyil edir. Məsələn, qızınız axşam rəfiqəsi ilə paltar almağa getmək istəyir.Rəfiqəsi isə siz bilirsiz ki, xırda oğuluqlar etmişdir. Bu halda qızınız bunu bilərək deyir ki, biz birlikdə tarix dərsinə çalışacağıq.Həmin sualın cavabı sizin qızınızla oln münasibətinizdən asılıdır. Əgər sizin övladınızla münasibətiniz açıqdırsa və ya qadağalar vrsa siz artıq onun getməsinə icazə verəcəksiniz və o da özlüyündə mağazaları gəzə-gəzə düşünəcək ki, nə yaxşı aldatmağı bacardım. Ol bilər ki, nəyəsə icazə vermə və yaxud da qadağa qoyma stili sizə uyğun deyil.O zaman siz təxmini aşağıdakı sözləri deyəcəksiniz:

“Mən sevinirəm ki, sən harda olacağın barəsində məni xəbərdar elədin və yaxud da, mən sənə nəyisə qaadağa etmirəm, çox sağol ki, mənə harda olcağını bildirdin”.

Belə olduqda uşağın yalan danışması üzə çıxmır və o öz yalanı ilə bş-başa qoyulur. Bundan sonra qızınız öz işləri ilə məşğul olacaq və sizə yalan danışmağa ehtiyac duymayacaq.Bu, onun üçün o qədər də xoşagələn deyil və özünə haqq qazandırmağa əss yoxdur, həmçinin o öz planlarını sizə rahat açıqlaya biləcəkdir.Siz ona nəyisə qadağa qoymadığnız və ya icazə vernədiyiniz üçün sizə dah asan olcaq. Siz uşağı sərbəst buraxdıqda istənilən vaxt ona ona zəng edə, maraqlana bilərsiniz.Siz deyə bilərsiz ki, “ mən narahatam ki, sənin rəfiqən nəyi isə oğurlaya bilər və sənin də başını bəlaya sala biər, amma buna baxmayaraq mən inanıram ki, sən doğru olanı bilirsən və düzgün olanı edəcəyinə şübhəm yoxdur”.

Böyüklərin özlərini aparma taktikası

Uşağı öz taleyinin ümüdünə buraxsan yenə fərqli səbəblərdən yalanlarla üzləşə bilərsən. Əgər belədirsə səmimi olraq aşağıdakı suallara cavab verin:

1)Siz uşağa yalana təhrikedici suallar verirsinizmi?

2)və bu suaalrı uşaq yalan danışdıqda “üzə vurursunuzmu”?

Problemin həllinə uşağa bir neçə həftə sual verməməklə başlayın.Əsasən də yoxlamaq məqsədilə verilən suallardan çəkinin. Məsələn məktəbdən sizə zəng eləyib bildirirlər ki, uşaq bugun dırsə gəlməyib.Əgər siz bilərəkdən uşğa bugun dərslər necə keçib sualını versəz onu yalana təhrik edirsiniz deməkdir. BU halda belə demək daha düzgün olar: “ Bugun məktəbdən sənin dərsdə iştirak etmədiyin barədə zəng gəlmişdir. Mənim belə zənglərdən heç xoşum gəlmir və bu tip zənglərdən narahat oluram, təkrarlanmasa sevinərəm”. Siz suaları nə qədər azaltsaz, yalanlar da bir o qədər azalacaqdır.Bşqa hadisələrdə uşaq yalan danışmğı sizin onun yalanını üzə çıxarmağa çalışmadıqda buraxacaqdır. Əgər bundan sonra da uşaq yalan danışmağa davam edirsə, siz yalanı eşitdikdə necə qarşılıq verəcəyinizə fikir vrin.Sizin əsəbi, kobud reaksiyanız uşagıuşağı yenidən yalan danışmağa vadar edəcəkYaxşısı budur ki, aşağıdakı vara=iantlardan istifadə edəsiniz:

_Hmmm sözünü deyin və öz işinizə davam edin.

_Özünüzü elə aparın ki, sanki o qonşunuzun uşağıdır və sizin onunla münasibəti aydınlaşdırmağınıza ehtiyac yoxdur.Yəni, dediyi yalandır və yaxud da yox.Sadəcə mədəni olaraq söhbəti davam elətdirin.

_Deyin ki, mən özümü çox narahat hiss edirəm, çünki sən daimi məni ldadırsan və söhbəti bağlamaq istəyirəm

_Çalışın uşağa sual verməyin və ona neqativ yanaşmayın.

_Bəlkə də bütün bunlardan sonra o həmin dəqiqə doğru söyləməyə bilər. İstənilən halda siz onunla danışanda xoşagəlməz emosiyalar hiss edəcəksiniz.. O yalan danışmağı dayandırdıqdan sonra yalanın özü yox, məhz onun yalan danışmağı sizə təsir edəcək. Əgər uşaq sizə yalan danışmırsa, məktəbə getmirəm, evdən pul götürmüşəm deyirsə əslində bu da problemin tam həlli demək deyildir. Amma siz istəyirsiniz ki övladınızın yalan danışması dayanıb. Bu halda siz özünüzü təbrik edə bilərsiniz amma sonra isə qarçıdakı problemlə məşğul olama başlamalısınız.

HAZIRLADI-QASIMLI BAHAR

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });