Davranış pozuntusu

Davranış pozuntusu idarəsiz davranışları ehtiva etməkdədir. Bu davranışlar digər şəxslərin konstitusional haqqlarını və ictimai normaların pozulmuş olduğu davranışları ehtiva edər. Bunlar ümumiyyətlə qanunlar qarşısında cinayət sayılan hərəkətləri ehtiva edər. Bu davranışların içində təcavüzkarlıq, şiddət, yalan danışma və mala zərər vermə kimi hərəkətlər var. Bunların sıxlığı, ciddiliyi uşaqların və yetkinlərin sərgilədiyi davranışların kənarındadır. Bu iki vəziyyət bir-birindən fərqlidir. Davranış pozuntusunda davranışdan peşmanlıq çəkilməz, yalnız həddindən artıqlıq olan tapılar. Adam bu davranışların nəticəsində hissiz və laqeyd hərəkət etməkdədir. Bu davranış pozuntusunu anti ictimai şəxsiyyət pozuntusu meyarları arasına soxmuşdur.

Davranış pozuntusu sıx yaşanan problemlərdən biridir. Yetkinlər içində 15% qədər görülmə sıxlığıdır. Xüsusiyyətli hücum, oğurluq və təcavüz davranış pozuntusu olan yetkin şəxslərdə tez-tez görülməkdədir. Bəzi şəxslər həyat boyu davranış pozuntusu göstərməkdədir. Bəziləri yetkinlik sonuna qədər bu pozuntunun təsirində olmaqda, yetkinlik dövründə bundan xilas olmaqdadır. Yəni bəzən keçici olan davranış pozuntusu bəzi vəziyyətlərdə həyat boyu davam edə bilər.

Davranış pozuntusunun əlamətləri.

Ümumiyyətlə başqalarına göz dağı vermə, qorxutma üstünlük göstərmə və qoçuluq;
Ümumiyyətlə döyüş və döyüş başlatmaq;
Materiallarla başqalarına ciddi şəkildə zərər vermə, yaralama;
İnsanlara qarşı fiziki olaraq mərhəmətsiz davranma;
Heyvanlara mərhəmətsizcə fiziki olaraq zərər vermək;
Başqa insanlara hücum etmə, oğurluq, soyğun və silahlı soyğun etmək;
Yanğın törətmək;
Cinsi olaraq insanları təcavüz etmək;
Başqa insanların əşyalarına zərər vermək;
Başqalarının evinə və avtomobilinə məcbur girmək;
Bir səbəb üçün yalan danışmaq;
Başqa insanlardan və mağazalardan mal oğurlamaq;
13 yaşından əvvəl başlayıb, ailə qadağanlarına baxmayaraq gecələri çöldə keçirmək, məktəbdən qaçmaq və qaydaları pozmaq;
18 yaşla birlikdə anti ictimai davranışlar göstərmək;
Bu davranışların 6 ay ya da 1 il içində ən az 1 dənəsinin olması halında, adama davranış pozuntusu adı qoyular.

Davranış pozuntusuna təsir edən pozuntular.

Şəxslərdə davranış pozuntusu olması halında, digər insanların duyğularını, istəklərini, arzu və gözləmələrini əhəmiyyətli hesab etməz və empati edə bilməz. Təcavüzkar şəxslər digər şəxslərin niyyətlərini düşməncə və təhdid edici qəbul edərlər. Təcavüzkar reaksiya verərək, bunda haqlı olduqlarını düşünürlər. Sərt olduqlarından günahkarlıq və peşmanlıq çəkməzlər Öz günahlarından başqalarını günahlandırar və onları ələ verər. Güclü görünmək istəsələr də, özlərinə etibarları yoxdur. Gərginlik və əsəb içində olduqlarından, tez-tez qəza edərlər. İntihar cəhdləri var. Davranış pozuntusu son illərdə artmış və şəhərlərdə daha çox görülməyə başlamışdır. Oğlanlarda qızlara görə daha çox görülər.

Davranış pozuntusunun inkişafı.

Bu problem ümumiyyətlə 5-6 yaşlarında başlamaqdadır. Bu uşaqlıqda ya da erkən yetkinlik dövründə meydana gəlməkdədir. 16 yaş sonrasında davranış pozuntusu nadir olaraq başlayar.Erkən dövrdə başladığında, anti ictimai şəxsiyyət pozuntusu riskini artırar Ayrıca duyğu vəziyyət pozuntusu meydana gələ bilər. Davranış pozuntusu ətraf şərtlərindən və genetik faktorlardan meydana gələr. Davranış pozuntusu olan şəxslərdə spirt asılılığı, şizofreniya, duyğu vəziyyət pozuntusu, hiperaktivlikdəki kimi problemlər daha çox meydana gələr.

ADPU IV kurs Əliyeva Şəbnəm

Tərcümə mənbə: http://www.psikolojik.gen.tr/davranis-bozuklugu.html

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!