Uşaqlarda depressiya

Uşaqlarda depressiya

Ümumilikdə uşaqlar və depressiya sözlərini birlikdə işlətməsək də, statistika bizə məktəbəqədər yaşda hər yüz uşaqdan beşinin və yeniyetməlik dövründə hər yüz uşaqdan səkkizinin psixoloji pozğunluq əlamətləri olduğunu deyir.

Uşaqlarda depressiya eyni böyüklərdə olduğu kimi yalnız bir səbəblə bağlı olmayıb, fiziki, ekoloji biokimyəvi faktların birləşməsi şəklində özünü göstərir. Onda necə başa düşək ki, uşağımız sadəcə kədərlidir, yoxsa depressiya əlamətləri özü­nü göstərir. Normal kədərli hal keçicidi və dəqiq olaraq bir hadisə ilə bağlı olur. Kli­­nik depressiya mövzusu olduğunda isə sanki uşağın üzərində daimi bir qara bulud gə­zir, əsəbi olur və ətrafda olan hadisələrə diqqət yetirmir.

  HƏYATİ ÇƏTİNLİKLƏR

 Bir çox uşağın həyatı çox çətin ola bilər, bu səbəbdən kədərli və depressiyalı hiss etmək üçün bir çox səbəbi ola bilər. Bəlkə yoxsulluq içində yaşayır, bəlkə də vali­­­deynləri uşağa diqqət yetirmirlər. Yeni boşanmış və hələ münaqişəyə davam edən valideyn münasibətləri, ya da yaxşı olmayan təhsil sistemi də uşaqları dep­res­siya­­­­ya sövq edir. Həyat şərtləri uşaqları çətinliyə məruz qoyduğu bu vaxtlarda davra­nış problemləri ola bilər, uşaqlar xoşbəxt olmaya bilərlər. Həyatımız çətin olduğu təqdir­də özümüzü kədərli hiss etməyimiz normaldır. Bu səbəbdən depressiya diaq­noz­u üçün tələsmək düzgün deyil.

Depressiya əlamətlərinə bənzəyən başqa bir təzahür isə həddən artıq proqram və­saiti ilə yükləməkdir. Ailələr uşaqların yükünü azaltdıqda depressiyaya oxşar əla­mət­lər də yox olar.

Uşaqlarda depressiya əlamətlərini aşağıdakı şəkildə sıralamaq olar:

  • Əsəbilik və huysuzluq
  • Daimi görülən bədbəxtlik və ümidsizlik
  • Sosial həyatdan əl çəkmək
  • İştahın azalması və ya artması
  • Yuxu rejimindəki dəyişikliklər – çox yatmaq və ya yuxusuzluq
  • Qışqırma və ağlama əlamətləri
  • Zəif enerji və halsızlıq
  • Dəyərsizlik və ya günahkarlıq hissi
  • Ölüm və ya özünəqəsd düsüncəsi

   Bütün uşaqlarda bu əlamətlərin hamısı özünü göstərməyəcəyi kimi, fərqli zaman və mühitdə fərqli şəkillərdə ortaya çıxa bilər.

Depressiyanı aradan qaldırmaq üçün sağlam qidalanmaq, nizamlı fiziki hərə­kət­ləri yerinə yetirmək müalicə üçün ilk təkliflərdəndir. Depressiyanın yorğunluğu uzunmüddətli olması ilə əlaqədar olaraq dərman müalicəsi də təklif edilir. Edilən axtarışlar nəticəsində depressiyanın psixoterapiya ilə də müalicəsinin mümkün olduğu sübut edilmişdir.

Mənbə: psikolojiistanbul.com

Tərcümə etdi: Əliyeva Aysel

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });