Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

UŞAQLARDA PSİXOLOJİ PROBLEMLƏR

UŞAQLARDA PSİXOLOJİ PROBLEMLƏR

Uşaqlar dünyaya göz açdıqda xarici aləmin təhlükələrinə qarşı müdafiyəsiz olurlar. Onların hər ehtiyacını qarşılayan, qoruyucuları ana-atalarıdır. Yeni doğulan uşaq qəfil, ona məlum olmayan yeni mühitə düşür ki, nəticədə  fizioloji və psixoloji şok yaşamalı olur. Uşaq dünyaya gəldiyi andan üzünü gördüyü anasının səsinə reaksiya verməyə başlayır. Nəticədə ilk sosial reaksiya ana ilə duyğusal bir bağlılıq yaranır.Təxminən 1 ay sonra uşaq anasını gördükdə, əlini qaldırır, yüksək səslər çıxarır, ayaqlarını hərərkət etdirərək oynadır və gülümsəməyə başlayır. Bu şiddətli duyğusal reaksiyanı “canlanma kompleksi” adlandırırlar. Əgər uşaqlar bu dövrdə anadan ayrı düşür, uşaq evində və ya doğum evində qalırlarsa, onlarda psixoloji inkişaf ləndiməyə başlayır, onlar 9-10 aylığa qədər sakit, süst, bir nöqtəyə yönələn baxışlara sahib olurlar ki, buna qospitalizm deyilir.

Uşaqlar istənilməyən hər hanısa bir davranış sərgilədiklərində ana və ya ata  onu cəzalandırmaq üçün uşağı tərketmək ilə təhtid etdiyində “yaramazlıq etsən polislər atanı aparacaqlar atasız qalacaqsan” kimi cümlələr işlətdiklərində uşaq onu hər şeydən qoruyan, güvən verən ata-anasını itirməkdən, tək qalmaqdan qorxur və natamamlıq duyğusu hiss edir.Yaşamı müddətində uşaqda yaranan qorxular ciddiyə alınmalı, başa düşülməli, uşağın gələcək həyatında fobiya və yaxud həyatına  təsirsiz ötüşməyən qorxular olmaması üçün bu cür vəziyyətlərdə mütəxəssisdən kömək alınmalıdır.

Uşaqlarda ən çox rast gəlinən psixoloji problemlərə “Gecə qorxuları”, “Mək­təb­ qorxusu”, “Tiklər”, “Kəkləmə”, Diqqət əksikliyi və Hiperaktivlik”, ”Yalan da­nış­­ma”, “Alt islatma (Enurez)”, ”Nəcis qaçırma (Diareya)” və s.

Gecə qorxuları uşağın əsasən 3-6 yaşlarında qorxulu yuxular görüb qışqırma və tərləmə ilə oyanması ilə müşayiət olunur. Müxtəlif mövcud olmayan şeylərdən qorxduqlarını deyə bilərlər bu zaman ana-ataları onları dinləməli bunların mövcud olmadığını uşağın tək olmadığını, yanlarında olduqlarını uyğun bir dil ilə ifadə etmə­li­dir­lər. Gecə qorcuları tez-tez yaranırsa, buna səbəb ailədaxili münaqişələr, ana-atanın davasına və ya cinsi münasibətinə şahidlik ola bilər. Uşaq cinsi müna­si­bə­ti adlandıra bilmədiyi üçün atasının anasına zərər verdiyini düşünüb onu qorumaq üçün anası ilə yatmaq istəyə bilər və yaxud davalarına şahid olubsa, yenə eynisini edə bilər. Bu kimi hallarda uşağa əsəbləşməmək, yuxuya gedənə qədər yanında yatmaq lazımdır.

Məktəb qorxusu uşağın anasından ayrılmaması ilə ortaya çıxır. Bu, ana ilə uşaq arasındakı möhkəm emosional bağlılıqdan irəli gəlir. Bu zaman uşağın məktəbə getmək istəməməsi bir sıra psixosomatik (qarın ağrısı, ürək bulanma ) əlamətlərlə özünü göstərir. Məktəb qorxusu müəyyən zamanla məktəb psixoloqu, müəllim və ailənin iş birliyi ilə aradan qaldırıla bilir.

Tiklər uşaqlarda iradə xaricində yaranan əzələ sıxılmaları olaraq müşahidə olunur. Tiklər 6-7 yaşlarında, qızlara nisbətən oğlanlarda daha çox görülür. Tiklərin yaranmasına əsas səbəb qayğıdır. Bunlar yaşanmış ani hadisələr, qəza,travmatik yaşantılar ürkmə kimi hadisələr də ortaya çıxma səbəbi ola bilər. Uşaq nəyin qayğısını yaşıyırsa, onu aradan qaldırmaq lazımdır.

Hər psixoloji problemdə ağıla gələn ilk simptom olduğu kimi, kəkələmədə  də diqqət ediləsi vacib olan ilk səbəb onun bioloji olub-olmamasıdır. Kəkələmə da­nı­­şıq­­da olan tutuqluq, hərf, səs və kəlimə təkrarı kimi görülən bir nitq pozuntu­su­dur. Kə­­kə­­ləmə bioloji, genetik və psixoloji ola bilər. Psixoloji əsaslı kəkə­ləmə prob­lemin­də ailənin tutum və davranışlarının mükəmməliyyətçi və aşırı qoruyucu olduğu görü­lür. Mükəmməliyyətçi ailələrdə uşağın aşırı səliqəli, diqqətli və kübar danış­ma­ğı­ gözlənildiyi üçün uşaq səhv etməkdən qorxur. Bu qorxular uşağın  nitqin­də kəkələmə kimi ortaya çıxır. Yaşantı, qorxu, travmatik hadisələr nəticəsində yaşanı­lan­ da­nı­şıq­dakı tutuqluq və kəkələmə psixoloji əsaslıdır.

Bioloji bir problemi olmayan uşaqlardakı kəkələmə probleminin hansı yaş­lar­da görülməsi diqqət edilməsi vacib olan ikinci nöqtədir. Əsasən 2-4 yaşlarında görü­lən kəkələmə keçicidir. Bu dövrdə ailənin sevimli, səbrli uşaqlarını dəstək­ləmə­lə­ri­ bu müddəti daha asan və müsbət dəf etməsinə səbəb olacaqdır.

Diqqət əksikliyi və hiperaktivlik pozuntusu, adından göründüyü kimi birlik­də görü­lər­kən, diqqət əksikliyi ayrıca da görülə bilər. Diqqət əksikliyi  beyindəki diq­­qət toplama mərkəzində mövcud olan problemdən qaynaqlanan fokus­lan­ma­maq, diq­qət edilmədiyi üçün gec və çətin öyrənmə olaraq özünü göstərir. Uşaqlar məktəbə get­­dik­də sırada oturmama, dərsə və müəllimədən başqa ətrafdakı hərşey diqqətlərini çək­diyinə görə öyrənmə çətinliyi ilə qarşılaşırlar. Belə uşaqlar körpəlik vaxtlarında rahatsız, ağlağan, çətin uşaqlar olaraq görülürlər. Bu psixoloji problemin müali­cə­sin­də ailə və müəllim mövzu haqqında bilgiləndirilməli və birlikdə iş birliyi apar­ma­lı­dırlar. Uşağın probleminə uyğun nizam-intizam cəzası tətbiq edən, qərarlı, meh­ri­ban valideynlər bu problemi aradan qaldırmaqda daha uğurlu olurlar.

Uşaqların yalan danışmasının bir çox səbəbləri ola bilər. Ailədə diqqətdən kənar­da qaldığını düşünərək diqqət çəkmək üçün yalan danışa bilər. Etdiyi müsbət dav­ra­nışlara fikir verilmədiyini düşünən uşaq  mənfi və ya valideynlərinin istəmə­di­yi­ davranışlarla asanlıqla diqqəti üzərinə çəkə biləcəyini düşünür. Bunun üçün ən uy­ğun davranış yalan danışmaqdır. Bəzən valideynlər də uşaqlara yanlış nümunə ola bilir. Məsəslən: ”de ki,anam evdə yoxdur”, “atan soruşsa,anama bunu qonşu hədiyyə etdi deyərsən”, “qonaqlıqdan tez getmək üçün yuxum gəlir de sənə oyuncaq alaca­ğam” və s kimi yalan cümlələr deməyə məcbur edirlər. Bəzən valideynlərin uşaqlara de­di­yi “Yalan söyləmək doğru deyil” cümləsi əslində uşağa yalanın pis olmadığını, istə­diyi zamanlarda çıxarları üçün deyə biləcəyini, pis olsa ana-atası etməzdi deyə düşünməsi onu yalan söyləmə davranışına yönəldir.

Uşaqların 18-36 aylığı tualet tərbiyəsini mənimsəmə dövrüdür. Bu dövrdə ailənin diqqət və davranışları, aşırı qoruyucu ailələrdə qatı öyrətmə, cəzalandırma, zor­lamanın olması, diqqətsiz ailələrdə isə aşırı sərbəst buraxma, əhəmiyyət ver­məmək uşağın tualet vərdişini qazanmasına təsir edəcəkdir. Uşaqlara axşam yataq­ları­nı islatmamaq üçün meyvə suyu, su və tərkibində maye olan qidaların verilmə­mə­si­nin heç bir təsiri yoxdur. Qızlara nisbətən oğlanlarda daha çox rast gəlinən bu prob­lemin müalicəsi zamanı ailələr oğlan uşaqlarının gələcəkdə sonsuzluqla üzləşə­cək­lərindən qorxurlar lakin belə qorxular yersizdir və müalicənin belə bir təsi­ri­ yoxdur.

Diariya-uşaq tualet tərbiyəsini öyrəndikdən sonra iradəli və ya iradəsiz şəkil­də­ nəcisini idarə edə bilməməsindən yaranan bir psixoloji problemdir. Nəcis burax­ma­nın müxtəlif səbəbləri ola bilər. Valideynlərdən hər ikisindən və ya birindən məh­rum olması, yeni bacı və qardaşın doğumu, travmatik hadisələr və s. kimi yaşan­tıla­rın­ həm­çi­nin uşağa tualet tərbiyəsi təzyiqlə tətbiq edilibsə, buna səbəb ola bilər. Bu uşaq­­larda özgüvən əksikliyi ilə yanaşı mənlik duyğularının da zədələndiyi görülür. Uşaqla sağlam bir güvən və sevgi bağı qurulduqdan sonra qaydalı və mehriban bir şəkildə tualetə getməsini təmin etmək və buna nəzarət edilməlidir.

Ədəbiyyat:

1. M.Vəliyev, A.Mustafayev İnkişaf və Yaş Psixologiyası 2013.

2.E.İ.Şəfiyeva Anomal İnkişafın Psixologiyası2012

3.https://scholar.google.com/scholar?q=psychological+problems+in+childhood&hl=tr&as_sdt=0&as_vis=1&oi=scholart&sa=X&ved=0ahUKEwiE2sakx

Məqalə müəllifi: Gülnarə Muxtarova (Bakı Dövlət Universitetinin, Sosial Elmlər Psixologiya Fakültəsinin IV kurs tələbəsi)

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!