Cizgi filmləri və uşaqlar

Cizgi filmləri və uşaqlar

Uşaqların həyatında və psixoloji inkişafında cizgi filmlərinin böyük rolu olduğu danılmaz faktdır. Ona görə də cizgi filmlərinin psixo-pedaqoji mahiyyətini bilmək vacibdir. Psixoloqların fikrincə, düzgün seçilən cizgi filmləri uşaqların inkişafına müsbət təsir edir. Lakin bəzən elə cizgi filmləri nümayiş olunur ki, uşağın tərbiyəsinə mənfi təsir göstərir. Xüsusilə son illər çəkilən cizgi filmlərində zorakılıq və aqressiya əlamətlərinə tez-tez rast gəlinir. Ona görə də valideynlər uşaqların izləməsi üçün cizgi filmi seçərkən ehtiyatlı olmalı, bəzi vacib məqamlara diqqət yetirməlidir.
Əslində hər bir cizgi filminin konkret süjeti olmalıdır. Təəssüf ki, müasir cizgi filmlərinin əksəriyyətində heç bir süjet xətti olmur. Adətən cizgi filminin qəhrəmanlarından biri qovur, digəri isə qaçır. Belə görüntü və dinamika uşaqları cəlb etsə də, əslində heç bir məna ifadə etmir. Həmin cizgi filmləri uşaqlara heç nə öyrətmir və izah etmir, əksinə uşaqların əqli inkişafına mənfi təsir göstərir. Son vaxtlar çəkilən əksər cizgi filmlərində dəqiq və məntiqli sonluq da olmur. Bir bölümdə cizgi filmi qəhrəmanının başına ütü düşür, odda yanır, amma elə həmin bölümün digər hissəsində qəhrəman yenidən sağ-salamat üzə çıxır. Belə görüntülər heç bir məntiqə əsaslanmır və uşaqlarda təhlükəli fəsadlar yaradır. Əksər cizgi filmlərində qəhrəmanların geyimləri bir bölümdə bir neçə dəfə dəyişir. Həmin filmi izləyən uşaqlarda məkan qavramı formalaşmır, onlar harda və necə gəldi davranır, ictimai yerlərdə davranış qaydalarını pozmağa meyilli olur. Cizgi filmləri uşağın psixologiyasına mənfi təsir göstərməməli, onu sakitləşdirməli və maarifləndirməlidir, mənasız dinamik hərəkətlər əvəzinə öyrədici və tərbiyəedici süjetlər olmalıdır. Əlbəttə ki, uşaqların bilik və dünyagörüşünün artırılmasına xidmət edən kifayət qədər cizgi filmləri var. Ata-analar faydalı cizgi filmlərini seçərək övladlarının onlara tamaşa etməsinə çalışmalıdır. Çox vaxt valideynlər buna ciddi əhəmiyyət vermir və uşağın evdə sakit oturması naminə onlar üçün nəzərdə tutulan müxtəlif növ cizgi filmlərinin verildiyi kanalları fərqinə varmadan işə salırlar.
Cizgi filmləri aqressiya və zorakılığı deyil, mehribanlıq, humanistlik və səmimiyyət təbliğ etməlidir. Lakin təəssüf ki, əksər cizgi filmlərində tamamilə bunun əksi nümayiş olunur. Zülümkarlıq, qorxu və ölüm barədə olan cizgi filmi qəhrəmanları uşaqlar üçün mənfi nümunə olur.
Cizgi filmi düzgün seçilsə də uşaqların uzun müddət televizor qarşısında əyləşməsi də yolverilməzdir. Uşaqların cizgi filmlərini izləmək müddətinin onların yaşına uyğun olması barədə psixoloqların mövqeləri var. Uşaqların film izləmə müddəti yaşa görə müxtəlifdir
və valideynlər bunu mütləq nəzərə almalıdır. 3 yaşa qədər uşaqlar televiziyada nümayiş olunan cizgi filmlərinə çox az baxa bilər – cəmi 20-30 dəqiqə olmaqla gündə iki və ya üç dəfə. Həmin yaş dövründə uşaq televizora hər dəfə 10 dəqiqədən çox baxmamalıdır. 4 yaşında uşaqların televiziya ekranını izləmə müddəti 30-40 dəqiqə olmalı, gündə üç və ya dörd dəfə və hər dəfə 10 dəqiqəni ötməməlidir. 5 yaşı olan uşaqlar 1 saat televizora baxa bilər. Onlar hər dəfə 20 dəqiqə olmaqla gün ərzində üç dəfə ekran qarşısında əyləşə bilər. 6 yaşında uşaq 1 saat – 1 saat 30 dəqiqə ərzində televiziya ekranında nümayiş olunan cizgi filminə tamaşa edə bilər, lakin gündə iki və ya üç dəfə 30 dəqiqədən artıq olmamaq şərti ilə animasiya filmlərinə baxa bilər. Sonrakı illərdə uşaqlar tədricən 2 saata qədər “mavi güzgünü” izləyə bilərlər. Yaxşı olar ki, uşaq televizora baxarkən valideynlərdən biri onunla bərabər verilişə baxıb nəyin baş verdiyini ona başa salsın

psixologiya.info

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });