3 yaş sindromu

3 yaş sindromu

3 yaş uşaqlar üçün kritik bir dövr olduğu üçün davranışlarındakı dəyişikliklər normaldır. Bu dövrdə uşağın özünü təsdiqləmə istəyi artır. Hər mühitdə,hər hadisədə var olduğunu, önəmli olduğunu hissetmək istəyir. Eyni zamanda uşağın dost çevrəsinə olan marağı da artır. 0-6 yaş aralığında uşaqlarda özgüvən duyğusu formalaşır. Əgər uşaq özünü güvənsiz hiss edərsə, lazımı qədər sosiallaşmazsa və ya sevildiyini hiss etməzsə üç yaş sindromuna girər.

3 yaş sindromundakı uşaq çox inadçı olabilər. Siz nə desəniz də əksini etmək istəyər. Çünki özünü sizə və cevrəsinə isbat etməyə çalışar. Məs: yeməyi özü yemək istəyər, paltarlarını özü geymək istəyər və.s. Bunların hər biri uşağın sərbəst olmaq istəyindən irəli gəlir. Çünki artıq ” MƏN” olma dövründə. Özünün maraqları və zövqləri var. Əgər ona dəyər verilmədiyini hiss edərlərsə, yada istəkləri qarşılanmazsa ağlama krizlərinə girirlər. Buna görə də 3 yaş sindromunda ağlama krizləri tez- tez görülür.

  • 3 yaş sindromunu normal keçmək üçün:
  • Uşağa daha çox sevgi göstərin( qucaqlayın, tez- tez səni sevirəm deyin)
  • Balaca da olsa ona məsuliyyətlər verin( paltarları ayırmaqda, oyuncaqları toplamaqda kömək etsin)
  • -Ailəlikcə birlikdə yemək yemək, birlikdə gəzintiyə çıxmaq
  • Sosiallaşması üçün uşaq çox olan mühitlərə aparın.
  • Göz kontaktı quraraq danışın.
  • Müsbət davranışları tərifləyin ki, o davranışların davamlı olması üçün motivasiya olsun.
  • Əşyalarını paylaşmaq istəməzlər. Bunun üçün onu məcbur etməyin
  • Qatı rejim qoymaq olmaz
  • ” YOX” deməyi də öyrənməlisiz. Lazım gələrsə kəskin şəkildə yox deyin.Amma bu zaman ata və ananın tutumu eyni olmalıdır. Eyni zamanda bir gün yox deyilənə, sabahkı gün hə demək də olmaz.

3 yaş sindromu nə zaman bitər?
Konkret bir zamanı yoxdur. Çünki hər uşağın bu sindromu keçmə dövrü fərqlidir. Edilməsi gərəkən sadəcə səbrli olmaq və bu dövrü travmasız,normal keçirməkdir

psixoloq.info

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!