Beyin hər nə qədər bizim üçün sirli bir orqan olsa da özünə görə bioloji ritmi olduğunu və buna görə hərəkət etdiyini bilirik. QEEG – (Quantitativ EEG) rəqəmsalelektroensefaloqramma beyin dalğalarının, rəqəmsal elektroensefaloqrafik siqnalların təhlili və qeydini əhatə edən müasir 3d görünüşlü analiz növüdür.
QEEG – müasir tip EEG-dir. EEG – elektroensefaloqramma 1940-cı ildən psixiatrist və nevroloqlar tərəfindən diaqnostik məqsədlə istifadə olunur. EEG baş dərisinə gel vasitəsilə bərkidilən elektrodlardan alınan beyin dalğalarını qeyd edən bir cihazdır. Bu cihaz və edilən testlərlə nevroloji xəstəliklər, əsasən epilepsiya xəstəliyi diaqnozu təyin olunur.
1990-cı illərdə kompüterlərin sürətli inkişafı QEEG texnologiyasını klinisistlərin nəzərinə yönəltdi. Bu günün güclü masaüstü kompüteri beyin fəaliyyətinin 3d görünüşü üçün QEEG və funksional maqnit rezonans (fMRİ) görüntülənməni birləşdirmək kimi yeni və daha sürətli analiz üsullarına yol açmışdır.
EEG nevroloji xəstəliklərin müayinə və diaqnozunda rol oynayırsa, QEEG nevroloji və neyropsixoloji müayinə və diaqnoz metodudur.
Kompüter və digər cihazlardan fərqli olaraq insan beyninin yaddaşı sonsuzdur və heç vaxt dola bilməz. Beyin tək bir parça deyil, fərqli funksiyalar icra edən, bir çox ayrı-ayrı qrupdan ibarət olan orqandır. İnsan hər dəfə bir hadisəni, məlumatı yaddaşına qeyd etdikcə, beyin yeni hüceyrələr və sinir əlaqəsi yaratmağa başlayır. Beyindəki sinir hüceyrələri tərəfindən yaranan dalğalar hər biri ayrıca funksiyalarda rol oynanır. Anatomik olaraq beynimiz sağ və sol yarımkürəyə və 4 paya ayrılır. Hər yarımkürə ayrı-ayrılıqda öz növbəsində müxtəlif funksiyaları təmin edir. Sağ yarımkürə: rəng qavrayışı, musiqi, təxəyyül, xəyal etmə, planlaşdırma, ritm hissi və yaradıcılıq, sol yarımkürə isə: dillər, riyaziyyat, məntiq, ağıl, qrammatika, təhlil və yazı kimi funksiyalarda rol oynayır.
Beynimizin hər bir payı isə ayrıca bir neyropsixoloji funksiyalarda iştirak edir. Biz beynimizin neyropsixoloji funksiya və göstəricilərini sinir hüceyrələrinin yaratdığı dalğalar vasitəsilə izləyirik.
Tədqiqatlara əsasən beynimizin 5 dalğası: alfa, beta, teta, qamma və delta dalğaları neyropsixoloji diaqnozda əsas rol oynayır. Beyin tərəfindən ötürülən dalğaların yaranma və yayılma səbəbi insanın anlıq psixoloji vəziyyəti ilə müəyyən olunur. Məsələn: Qamma dalğası əsasən yuxuda və yuxu görmə zamanı aktivləşir; Teta- stresin heç olmadığı zamanda, 2-5 yaş arası aktivləşir; Alfa- qavrayış və diqqət; Beta-düşünmə, qərar qəbul etmə; Delta isə – bədən bu dalğada olarkən böyümə hormonu ifraz edir.
QEEG baş dərisinin səthindən qeydə alınan, insan beyninin elektrik potensiallarının ədədi analizi kmi müəyyən edilir. QEEG insan gözünün aşkar edə bilməyəcəyi qədər incə olan psixi sağlamlıq ölçülərini raport formasında ortaya çıxardır. Beyin dalğalarının normativləri təyin edilməklə yanaşı, hər bir beyin paylarında olan funksiyalar və bu paylarda olan dalğa mütənasibliyi qiymətləndirilir və diaqnoz qoyulur.
Beyin paylarının da hər biri fərqli funksiyalar icra edir: Frontal lob (alın payı) – məntiq, məsələ həlli, qərarvermə, planlaşdırma, davranışın tənzimlənməsi, diqqət, duyğuların nizamlanması, motor bacarıqları, yazılı və şifahi nitq; Parietal lob (təpə payı) – hissiyyat, şəkil, rəng, taktil seçimi, görmə hissi, riyazi işləm, dad və əzələ hissiyyatı; Okcipital lob (ənsə payı) – görsəl işləm, oxuma, yazma; Temporal lob (gicgah payı) – nitq və eşitmə qavrayışı, uzunmüddətli yaddaş, eşitmə və görmə yaddaşı, cümlə qurulması, ritm seçimi, dili anlama, eşitmə duyğusu, ağrı.
Beləliklə, QEEG ilə beyin paylarında beyin dalğalarının nizamsızlığı qiymətləndirilir və terapiya ilə simptomların aradan qalxmasına kömək edilir. QEEG ilə əsasən aşağıdakı diaqnozları dəqiqləşdirmək mümkündür:
- Panik pozğunluğu
- Depressiya
- Əsəbilik
- Yuxu pozuntusu
- Diqqət əskikliyi
- Hiperaktivlik
- Öyrənmə çətinliyi
- İnkişaf ləngiməsi
- Yaddaş itkisi
- Demans
- Alkoqolizm
QEEG vasitəsilə diaqnoz qoyulur və hansı proqramla, hansı terapiyaya ehtiyac varsa dəqiqləşdirilir.
Unutmayaq, beyni anlamağa çalışan elə beynimizin özüdür. Beynimiz öyrənməyi, sevməyi və davranışları idarə edən bir orqandır. Beyin lazımi qədər düzgün işləsə bütün bədən də düzgün normal şəkildə işləyər.
Əliyeva Səyanə
Narınc Psixologiya Mərkəzi QEEG üzrə baş mütəxəssis