Kəkələmə probleminin möcüzəvi aparatla uğurlu nəticəsi

Neurofeedback aparatı nədir?

Həyəcan-təşviş pozuntusunda Neurofeedback`in rolu.

EEG (elektroensephalogram) biofeedback kimi də tanınan Neurofeedback, bir insanın beyin dalğaları fəaliyyətini qiymətləndirən, kompyuter əsaslı proqramdan dərhal geribildirim təmin edən terapevtik müdaxilədir. Proqram pasientlərə öz düşüncə tərzlərini tanımağa və onları dəyişdirməyə, çalışmağa kömək etmək üçün auditoriya və ya vizual siqnallardan istifadə edir. Bu proses vasitəsilə müştərilər beyin funksiyalarını tənzimləməyi və təkmilləşdirməyi öyrənə və ümidlə müxtəlif nevroloji pozuntuların və psixi sağlamlıq vəziyyətinin simptomlarını yüngülləşdirə bilərlər.

Neurofeedback – mövcud bədən proseslərini anlamaq və dəyişdirmək, ürək döyüntüsünün, qan təzyiqi və dəri tempraturu kimi fizioloji funksiyalar haqqında məlumat əldə etmək üçündür. Neurofeedback eyni zamanda xüsusi olaraq beyin fəaliyyəti  üçün yaradılmış bir aparatdır. Neurofeedback aparatı istifadəsi zamanı pasientin psixoloji, nevroloji problemlərinə diqqət etmək lazımdır.

Neurofeedback  aparatı aşağıdakılar daxil olmaqla bir çox psixoloji problemlərin həllində kömək ola bilər:

  • Stress
  • Diqqət əksikliyi
  • Yaddaş problemləri
  • Hiperaktivlik
  • Oxumada çətinlik
  • Öyrənmə pozuntusu
  • Yuxu pozuntuları
  • Depressiya
  • Həyəcan-təşviş
  • Autizm
  • OKP (Obsessiv-komplusiv pozuntular)
  • Maddə asılılığı
  • Epilepsiya
  • Miqren
  • Şizofreniya
  • Yemə pozutusu   və s.

Neurofeedback aparatının istifadəsi: rahat daşınıla bilən kiçik aparat texniki olaraq şəxsin başına yerləşdirilən elektrodlar vasitəsi ilə kompuyuterə bağlanılır. Elektrodlar isə beyindən gələn  elektrik parametirlərini  ölçür və ekrana ötürür. Ekrana yansıyan feedback sayəsində biz aldığımız alfa, beta  dalğalarını normadan yuxarıdırsa endiririk və ya əksinə, aşağıdırsa qaldırırıq yəni beyin dalğalarını  nizamlayırıq.

Neurofeedback aparatının seans müddəti 40-45 dəqiqə davam edir. Ən az 15 seans davamlı olaraq, ara verilmədən terapiya davam etdirilməlidir. Neurofeedback aparatının ən seçilən tərəfi isə asılılıq yaratmaması və əks təsirinin olmamasıdır.

Neurofeedback terapiyası ara verilmədən davam etdirilməlidir. Yəni, 15seans neurofeedback terapiyası məsləhət görülübsə pasient uyğun olaraq ya həftədə 3dəfə ya da 6dəfə seanslar bitənə qədər terapiyaya gəlməlidir.

Təşviş – həyəcan pozuntusu nədir?

Təşviş (həyəcan) pozuntusu insanlarda hər hansı bir qorxu və qayğı anında meydana çıxan güclü daxili sıxıntı halı olaraq ifadə edilməkdədir. Təşviş pozuntusu olan şəxslər mütəmadi olaraq özlərini təhlükə altında hiss edirlər və hər hansı bir yerdən təhlükə gələcəyini fikirləşib həddən artıq qorxu hiss edirlər. Bunlardan pis xəstəliyə tutulma qorxusu, ölüm qorxusu, yaxınlarının başına bir şey gəlməsi qorxusu, öz üzərində kontrolu itirərək səhv bir hərəhkət etmək, gülünc vəziyyətə düşmə, qorxusu, özünə və ya uşağına zərər vermə qorxuları ən çox rastlananlardır.

Əsas əlamətləri:

  • səbəbsiz yerə qorxu və panik hissetmək
  • daimi yuxusuzluq və əsəbilik
  • ürək döyüntüsü
  • ağız quruması
  • əllərin içinin tərləməsi
  • konsentrasiyanın pozulması
  • daimi pis bir şey olacağını fikirləşmə
  • əllərdə və bədəndə əsmə (tremor)
  • müvəqqəti yaddaş pozuntusu

Yaranma səbəbi: kecmişdə yaşanmış hər hansı hadisəylə əlaqədar olan qorxu, narahatlıq kimi emosiya reaksiyaları, gələcəkdə təşviş pozuntusuna səbəb ola bilər. Təşviş pozuntusu olan şəxslər duyğusal narahatlıqlar və izah edə bilmədiyi bəzi səbəblərə görə qorxu və qayğı yaşayırlar, şüuraltı mərkəzdə olan hadisələri normal həyatda xatırlaya bilmirlər və ona görə də niyə qorxu və narahatlıq keçirdiklərini bəzən ifadə edə bilmirlər.

Həyəcan-təşviş problemi olan insanlarda Neurofeedback terapiyası məsləhət görülür. Həyəcan təşviş problemi olan şəxs seans zamanı da həyəcanlı və gərgin olması normaldır. Lakin adətən bu həyəcan ilk seanslarda müşahidə olunur. Sonrakı seanslarda pasientin həyəcan və narahatlıqları azalmış olur.

Adı gedən problemlə yaxınlaşan pasientlərlə həyəcan və təşviş problemlərini aradan qaldırmaq üçün ilk öncə alfa seanslarımızla başlayırıq. Alfa dalğası bizim beynimizdə rahatlıq dalğasıdır. Alfa dalğası normadan (8-12Hz) yüksək olduqda insanda həyəcan təşviş müşahidə olunur. Seans ərzində alfa dalğalarını Neurofeedback aparatı vasitəsilə tənzimləyirik. Pasient ekranda relax musiqilər dinləyir, rahatladıcı mənzərələr, videolar izləyir. Pasientlər heyecan və təşviş problemlərinin neçə seans sonra azaldığını özləri də müşahidə edirlər. Adətən ilk 5 seans sonra pasient həyəcan və təşvişinin azaldığını bildirir.

Həyəcan-təşviş problemi olan insanlarda həmçinin diqqət əksikliyi də müşahidə olunur. Narahat və gərgin olduqları üçün bir işi davamlı yerinə yetirə bilmirlər, fikirləri  dağınıq olur. Alfa seanslarımız bitdikdən sonra isə artıq rahatlamış, gərginliyi azalmış pasientimizlə beta dalğaları üzərində işləyirik. Beta dalğamızın da normadan (13-21 Hz) yüksək olması həyəcan və gərginliyə səbəb olur, normadan aşağı olması isə diqqət əksikliyinə yol açır. Beta dalğaları üzərində çalışarkən pasient diqqət oyunları izləyir və neuroterapist isə beta dalğasını tənzimləyir.

Həyəcan-təşviş problemi olan insanlar Neurofeedback seanları ilə yanaşı psixoloq seanslarında da olması mütləqdir. Birgə iş aparıldıqda həyəcan-təşviş probleminin daha tez üstəsindən gəlmək mümkündür.

Vəlizadə Hürü
Narınc Psixologiya Mərkəzinin Forbrain və BetaAlfa Mütəxəssisi

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!