Transcranial Direct Current Stimulation (tDCS) elektrodlar vasitəsilə beynin müvafiq sahələrinə aşağı intensivlikli cərəyanın birbaşa çatdırılması və bu yolla beyin hüceyrələrini stimullaşdırmaq üsuludur.
TDCS neyropsixiatriyada terapevtik məqsədlər üçün istifadə olunan neyromodulyasiya üsullarından biridir. Mikrostimulyasiya terapiyası kimi də tanınır.
TDCS – beyin funksiyalarında dərhal və qalıcı dəyişikliklər meydana gətirən neyromodulyasiya üsuludur. Başdakı anod və katod elektrodlarının mövqeyi konkret beyin bölgələrinə axınların necə baş verdiyi təyin etmək üçün istifadə olunur.
Necə tətbiq edilir və məqsədi nədir?
Başın müəyyən bölgələrinə yerləşdirilən İki elektrodun verdiyi cərəyanla o, beynin xarici qabığında lazımlı bölgələrin elektrik fəaliyyətinin aktivləşməsini və tormozlanmasını həyata keçirir. TDCS-in əsas işləmə məntiqi neyron adlanan beyin hüceyrələrinin elektrik cərəyanının tətbiqi ilə stimulyasiya edərək tənzimlənməsidir. Normalda beyində öz-özünə olaraq baş verən neyron elektrik fəaliyyətləri tDCS tərəfindən istənilen istiqamətdə dəyişdirilir. Hüceyrə səviyyəsində tDCS neyronal atəş açmanı və neyronlar arasında sinaptik ötürməni gücləndirərək sinaptik plastikliyi gücləndirir ki, bu da öz növbəsində öyrənmənin hüceyrədaxili əsasını təşkil edir.
tDCS hüceyrənin öz-özünü tənzimləməsinə kömək edən təlimdir. Beynin müəyyən bölgələrinə yerləşdirilmiş iki elektroddan biri “anod”, digəri isə “katod” adlanır. tDCS bir sahəyə elektrodlar vasitəsilə müsbət (anodal) və ya mənfi (cathodal) cərəyanı tətbiq etməklə işləyir. 1-2 mA arasında sabit cərəyan adətən tətbiq edilir. Seanslar orta hesabla 25-35 dəqiqə davam edir və mütəxəssis əksini göstərməsə, hər gün tətbiq olunur. Seansların sayı həkimin müəyyən etdiyi müalicə planına əsasən müəyyən edilir. Ümumilikdə 1 kurs 20 seansdan ibarət olur.
Hansı xəstəliklərə tətbiq edilir?
Mikrostimulyasiya terapiyası kimi də tanınan tDCS müalicəyə cavab verməyən neyropsixiatriya hallarında mütəxəssis həkimin xahişi və göstərişi ilə tətbiq olunmalıdır. TDCS ilə bağlı aparılan bir çox araşdırmalar bu metodla beynin hədəflənmiş bölgələrində neyropsixoloji və psixofizioloji dəyişikliklərin baş verdiyini ortaya çıxarıb. tDCS ilkin olaraq beyin zədələnmələri və böyük depressiv pozuntu kimi psixi xəstəliklərə kömək etmək üçün istifadə edilmişdir. Bu gün depressiya və beyin zədələnməsi ilə yanaşı, autizmdən tutmuş piylənməyə qədər, iflicdən inkişaf pozğunluğuna qədər, afaziyadan (nitqin itməsi) atletik performansın artırılmasına və anoreksiyaya qədər geniş sahələrdə istifadə olunur.
Aşağıdakı xəstəliklərin terapiyasında istifadə olunur:
- Şizofreniya
- Depressiya
- Beyin zədələnməsi
- Kəskin və xroniki ağrılar
- Autizm spektr pozuntusu
- Miqren
- Iflicdən sonra reabilitasiya
- Maddə asılılıqları
- Piylənmə və anoreksiya
- Inkişaf pozğunluqları
- Afaziya (nitqin itməsi)
- Atletik performansın artırılması
- Eyni zamanda tezləşdirilmiş öyrənmə,diqqət, istirahət ,meditasiya üçün istifadə edilir.
Transcranial Direct Current Stimulation (tDCS) hansı üstünlüklərə malikdir?
- Yaşlı xəstələr və ya orqan çatışmazlığı olanlar, hamilə qadınlar, ana südü ilə qidalanan körpəsi olanlar, dərmanlara dözə bilməyənlər dərman müalicəsinin qarşısını alan tibbi vəziyyət mövcud olduqda, dərmansız müalicə kimi istifadə edilə bilər.
- Ağrı, infarktdan sonra reabilitasiya və depressiyanın müalicəsi üçün adekvat müalicə üsuludur. Yalnız dərmanla əldə ediləcək nəticəni gücləndirir.
- Dərmanın kifayət etmədiyi hallarda dərman müalicəsini dəstəkləyir. Bu qısa müddətli və ağrısız müalicədir.
- Dərman qarşılığı yoxdur, orqanizmə zərər vermir.
- Narkotik kimi kimyəvi qarşılıqlı təsirlərə malik deyil və orqanizmə zərər vermir.
Hansı hallarda tətbiq edilə bilməz?
Bilinən epilepsiyası olanlara , beyində tətbiq sahəsinə uzaq və ya yaxın olan metal cism oanlara, başın içində metal implant və ya qulaq(eşitmə) aparatı olanlara tətbiq edilə bilməz.
Narınc Psixologiya Mərkəzinin
Həsən Əliyev flialının TDCS üzrə mütəxəssisi
Ləman Məmmədova