TDCS-in panik atakın müalicəsində istifadəsinin əhəmiyyəti

TDCS aparatı nədir. TDCS-in panik atakın müalicəsində istifadəsinin əhəmiyyəti

TDCS (transcranial direct current stimulation) ilə terapiya bir başa beynin sinir hüceyrələrinə təsir göstərərək, hüceyrələrarası cərəyan axınını nizamlayır və stimullaşdırır.

TDCS aparatı ilə terapiya 20 seans davam edir. Seanslar hər gün və ya həftədə 3 dəfə olmaqla, 20-25 dəqiqə müddətində keçirilir.

Seans ərizində başımıza yumşaq pedlərə keçirilmiş elektrodlar bağlayaraq çox kiçik həcmli cərəyan ötürülür. Bu proses ağrısızdır. Terapiya zamanı kiçik bir titrəşim və ya qaşıntı hissi ola bilər.

TDCS – dən aşağıdakı problemlər zamanı istifadə olunur.

  • Autizm sindromu;
  • Disleksiya;
  • Diqqət əksikliyi və hiperaktivlik;
  • Psixi və nitq inkişaf ləngiməsi;
  • Afaziya (nitqin itməsi);
  • Kəskin və xroniki ağrılar;
  • Motor gerilik;
  • Panik-atak;
  • Depressiya və stress;
  • Yuxu poblemləri;
  • Miqren və baş ağrıları;
  • Siqaret və maddə asılılıqları;
  • İnsultdan sonra reabilitasiya zamanı.

Epilepsiyası və tətbiq sahəsinə yaxın kəllədaxili metal cism (koxlear implant, qəlpə qırıqları və s.) olan şəxslərə tdcs aparatı ilə terapiyanın aparılması məsləhət görülmür.

Panik-atak nədir? TDCS – in panik-atakın müalicəsində istifadəsinin əhəmiyyəti nələrdir?

Panik-atak anidən tutma şəklində başlayan, 10-15 dəqiqə, bəzən 1 saata qədər davam edən ataklar şəklində müşahidə olunan psixolojik pozuntudur.

Panik-atakdan əziyyət çəkən insanların ortaq özəllikləri ölüm qorxusudur. Panik-atak hər insanda özünəməxsus simptomlarla daha qabarıq şəkildə müşahidə olunur və narahatçılığa səbəb olur.

Panik-atakın 13 əlamətləri var. Bunlardan ən az 4 əlamətin olması panik-atakın olma ehtimalını artırır.

  1. Ürək döyüntülərinin çox olması;
  2. Tərləmə ( isti basma və üşümə);
  3. Titrəmə;
  4. Nəfəs almaqda çətinlik çəkmək, boğulmaq qorxusu və tıxanma hissiyatı;
  5. Başgicələnmə, bayılacağını düşünmək;
  6. Ürəkbulanma, gəyirmə, qarın ağrısı;
  7. Təngənəfəslik;
  8. Döş qəfəsində ağrı və sıxılma hissiyatı;
  9. Özünü hiss etməmək, özünə yadlaşmaq və özünü təhlükədə hiss etmək;
  10. Ətrafının həqiqi, gerçək olmadığını düşünmək;
  11. Ölməkdən qorxmaq;
  12. Dəli olacağını düşünmək, başqalarına zərər vermək qorxusu;
  13. Bədənində keyləşmə, iynə batma hissiyatı.

Panik-atakın müalicəsində dərman qəbulu ilə yanaşı psixoterapiya və aparat terapiyası da aparılmalıdır. Terapiya zamanı istifadə olunan aparatlardan biri də TDCS aparatıdır. TDCS aparatı vəsitəsi ilə beynin müəyyən nöqtələrinə kiçik həcmli elektik cərəyanı ötürərək beynimizdəki dopaminin  və seratoninin miqdarını çoxalda bilirik. Buda panik-atak depresiya və maddə asılılığı kimi bir sıra narahatlıqların aradan qalxmasına müsbət təsir gostərir.

Mahmudova Səbirə
NPM-nın 9 – mkr filialının TDCS və Neurofeedback mütəxəsisi

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });