RƏNGLƏRİ UŞAQLARA NECƏ ÖYRƏDƏK?

RƏNGLƏRİ UŞAQLARA NECƏ ÖYRƏDƏK?

Psixoloqlara sual ünvanlanan mövzulardan biri də, uşaqların müəyyən yaşa məsələn: 4,5,6 yaşa çatmasına baxmayaraq bacarıqlı, çalışqan olsalar da rəngləri düzgün seçməyi bacarmamasıdır. Bəs bu halda valideynlər necə bir yol seçməlidirlər? İlk öncə rəngləri fərqləndirməyi bacarmayan və ya çətinliklər yaşayan uşaqlarla daltonik, başqa sözlə desək rəng korluğu olan, ümumiyyətlə rəngləri tanımaqda problem yaşayan uşaqları ayırmaq, fəqləndirmək lazımdır. Bunlar bir-birinə bənzəsə də, ayrı-ayrı problemlərdir. Dalton uşaqlar əsasən iki rəngi tanımırlar ki, bunlar da qırmızı və yaşıl rənglərdir. Əgər uşaqda istər əqli, istər fiziki, istərsə də nitqi inkişaf yolundadırsa, yəni heç bir problem yoxdursa normalda uşaqlar artıq  3 yaşdan etibarən bütün rəngləri tanımağı bacarmalıdır.Qeyd etdiyimiz yaş dövründən etibarən və normal inkişaf dövrü keçən uşaqlar dörd ana rəngi: qırmızı, sarı, yaşıl və mavi rəngləri tanımalıdır.Bunlarla bərabər ağ-qara rəngləri də tanımağı bacarmalıdırlar. Bəs valideynlər bunu necə öyrətməlidir ki, uşaqda tez yadda qalsın və rəngləri müstəqil seçə bilsin. Bir daha qeyd etməkdə fayda var ki, bu tip uşaqları daltonizm sindromundan əziyyət çəkən uşaqlarla qarışdırmaq olmaz. Belə uşaqlar sadecə yaxın rəngləri bir-biri ilə qarışdırır, adını yanlış söyləyə bilirlər, eləcə də rənglərin tonlarını düzgün ayırd edə bilmirlər. Bu isə tamamilə normal bir haldır və valideynlər narahat olmamalıdır. Belə ki, praktikada da görünür ki, uşaqlar 4-5 yaşına qədər bir-birinə yaxın rəngləri, rəng tonlarını qarışdıra bilirlər. Bu problemin çıxış yollarından biri-assosiasiya, yəni xatırlatmadır.İntellektual,psixi,istərsə də,nitqi inkişafı normal gedən bütün uşaqlar ətrafdakı məhfumları tanıyır və assosiasiya etməyə başlayırlar.Məsələn: qırmızı rəngi alma ilə, sarı rəngi limon ilə assosiasiya edir və s. İlk öncə valideynlər yaxşı olar ki , tez-tez övladlarına  assosiasiya etdikləri məhfumu,əşyanı,meyvəni və s.  xatırlatsınlar. Çünki, bu tərz daha effektivdir və uşaqların rəngləri seçə bilməsinə kömək edir.Uşaqların rəngləri öyrənməsində köməkçi vasitələrdən biri də,valideynlərin onlara komanda verərkən rəngləri də bildirməsidir.Məsələn: sarı dəftərini götür və ya qələmini qırmızı rəngli çantana qoy şəklində və s. qeyd edə bilərlər. Bu onların beynində daha yaxşı qalır və rəngləri tez bir şəkildə öyrənmələrinə  səbəb olur.

Amerika Beynəlxalq Nevrorequlyasiya və Tədqiqatlar Dərnəyinin rəsmi təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi , klinik psixoloq Narınc Rüstəmova

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });