Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

  Öz-özünə danışan uşaqlar

     Öz-özünə danışan uşaqlar

Valideynlər psixoloqa müraciət edərkən övladlarının öz-özünə, oyun zamanı oyuncaqlarla və ya güzgü qarşısında danışdığını bildirir və narahatlıqlarını ifadə edirlər. Bu problemdən çıxış yolu haqqında psixoloqlara sual ünvanlayırlar. Məsələnin izahına ilk öncə belə başlamaq lazımdır:hansı uşaqlar öz-özünə danışır və bu hansı zaman aralığında baş verir? Bu halla üzləşən uşaqlara ruhi-əsəb diaqnozu qoymaq nə dərəcədə düzgün addımdır? Belə ki, bu kimi hallar ünsiyyət problemi yaşayan, evin yeganə övladı olan , psixi inkişafında eləcə də nitqi inkişafında gecikmələr yaşayan, autizm sindromlu və ya introvent uşaqlarda qabarıq şəkildə və tez-tez müşahidə edilir. Lakin, əksinə uşağın istər sosial inkişafı ,istərsə də ,fiziki və nitqi inkişafı normal gedirsə o zaman bu psixoloq tərəfindən araşdırılmalı və bunu yaradan səbəblər aşkarlanmalıdır.Digər tərəfdən qeyd etdiyimiz kimi, uşağın inkişafında hər şey yolundadırsa, ancaq öz-özünə danışma halları yenə də valideyn tərəfindən müşahidə edilirsə psixoloq bir neçə məsələyə diqqət yetirməlidir:uşağın danışdığı və təkrarladığı oyunların, hissələrin sujet xəttinin olub-olmamasına məsələn: təqlid etmə hərəkəti. İzlədiyi cizgi filmindən fraqmentlər səsləndirir, səhnələr canlandırır, ancaq bunları təqlid formasında edir ,yəni necə izləyibsə o şəkildə və heç bir dəyişiklik etmədən təqlid şəklində təqdim edir. Təqlid fonunda nəyisə etmək uşaqlarda sosial inkişafın zəif getdiyini, psixi inkişafda problemlər yarana biləcəyinin xəbərçisidir ki, belə halda uşaqlar dioloq şəklində ünsiyyət qura bilmir, gördüyü hər hansı modeli təqlid edir.Bu artıq demək olar ki,həyəcan siqnalıdır gələcəkdə  daha böyük problemlə üzləşməmək üçün valideynlər öncədən bunu araşdırmalı və psixoloqa müraciət etməlidirlər.Yox əgər əksinə vahid bir sujet xətti, başlanğıcı və sonu varsa burada narahatlığa əsas, qorxuducu bir şey yoxdur.Uşaqların öz-özünə danışması halları bəzən onların özlərinə qurduqları dünyada və ya hər hansı nağıl,cizgi film xarakterinə bürünərək də olur. Bu hal tez-tez təkrarlanarsa bu da uşağın depressiv vəziyyətindən və ya hansısa başqa keçmiş travmasından qaynaqlana bilir. Özgüvəni aşağı olur, keçmişdə keçirdiyi travmaları bədəni həzm edə bilməyib bu da beyninin müəyyən hissəsində ilişib qalıb. Belə hallarda uşaqlar qaçma davranışı nümayiş etdirir və qeyd etdiyimiz kimi özlərinə xəyali bir dünya yaradırlar və bununla sanki özlərini xoşbəxtlik duyğusu ilə tətmin edirlər. Bu məsələni də qeyd etmək vacibdir ki, əgər valideynlər övladlarının xəyali dünyalarına müdaxilə edə bilirlərsə,orda övladının icazəsi ilə nəyisə dəyişə bilirlərsə bu zaman da ciddi bir problem yoxdur. Əksinə onların xəyali dünyasına, orda mövcud olan obrazlara valideyn heç bir şəkildə müdaxilə edə bilmirsə bu zaman mütəxəssis köməyi alması vacib şərtdir .Bu kimi hallarda psixoloqların valideynlərə tövsiyələri var:

1)Aqressiya nümayiş etdirməkdən və müəyyən qadağalar qoymaqdan çəkinmək lazımdır.Əksinə valideynlərin övladlarının maraq dairəsinə uyğun mühitə yönləndirmələri məqsədə uyğundur.

2)Belə halda uşaqlara qarşı səbirli davranmalı və psixoloqla paralel olaraq uşaqlara sosial bacarıqlar aşılamalı,onlarla çox vaxt keçirmələri lazımdır.

Amerika Beynəlxalq Nevrorequlyasiya və Tədqiqatlar Dərnəyinin rəsmi təmsilçəsi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi , klinik psixoloq Narınc Rüstəmova

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!