UŞAQLARDA  ƏŞYALARA  BAĞLILIQ

UŞAQLARDA  ƏŞYALARA  BAĞLILIQ

Psixoloqlara  yönləndirilən  suallardan biri də uşaqlarda müxtəlif əşyalara, oyuncaqlara olan bağlılıqla əlaqədardır. Belə ki, bəzən valideynlər uşaqların şəxsi əşyalarına və ya oyun otaqlarındakı oyuncaqlara bağlılığını, onlardan ayrılmaq istəmədiklərini sıx müşahidə edirlər. Bu xüsusiyyətlər  əşya fetişizminin  ilkin  əlamətlərindən biri kimi götürülür. Əşya fetişizmi kiçik  yaşlardan uşaqlarda özünü göstərir və 2-3  yaş aralığında  uşağın zəka inkişafından aslı olaraq dəyişir. Uşaqların oyuncaqlarını sevməsi  normal haldır, lakin əşyalara , oyuncaqlara hədsiz bağlılıq və sevgi aşkarlanarsa psixoloqa yönləndirilməkdə fayda var. Bunun da əsas səbəblərindən biri kimi  ünsiyyət və sosiallaşma problemini qeyd etmək olar.Sosial münasibətlərdən uzaqlaşan uşaqlar özünə bir dünya yaratmağa başlayır,bütün bunlar onların gələcək sosial həyatına zərbə vurur. Belə ki,həmin uşaqlar simbiotik tip olaraq formalaşmağa başlayırlar. Bu tip insanların əsas xüsusiyyətlərindən biri,özlərini tam şəxsiyyət kimi qəbul etmək üçün başqalarına ehtiyac duymaları və başqaları tərəfindən qəbullanmaq,dəyər verilmək istəyidir. Digər tərəfdən imtina qorxusu yaşayan, qapalı şəraitdə böyüyən, evdə davamlı danlanan uşaqlarda “əşya fetişizmi” daha çox görülməkdədir. Bu bəzi autistik elementli uşaqlarda da özünü stereotip davranış kimi qiymətləndirir.  Ancaq bu halda digər əlamətlər toplusuna da diqqət yetirmək lazımdır. “Əşya fetişizmi” olan uşaqlarda özgüvən aşağı olduğu üçün onlar ünsiyyətə girmə tələbatlarını əşyalara sevgi  şəklində ödəyirlər. Nitqin inkişafı periodunda uşaqlarda əşyalara, oyuncaqlara bu tərzdə bağlılıq təbii bir prosses kimi sayıla bilər. Ancaq dörd yaşdan etibarən daha çox sosiallaşan, öz yaşıdları ilə normal ünsiyyət quran uşaqlarda, eləcə də rollu oyunlara keçid etdikdə  bu sevgi azalmağa başlayır. Lakin, bağçada sosiallaşa bilməyən, autizmli həmçinin çəkingən olan uşaqlarda bu tələbat ödənə bilmir. Beləcə onlar zaman keçdikcə əşyalara və oyuncaqlara bağlanmağa başlayırlar. Belə hallarda valideynlər psixoloqa müraciət etməklə bərabər, uşağın sosial həyatına  da xüsusi diqqət yetirməlidirlər.

Amerika Beynəlxalq Nevrorequlyasiya və Tədqiqatlar Dərnəyinin rəsmi təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi , klinik psixoloq Narınc Rüstəmova
https://www.youtube.com/watch?v=EJ4b3Z0Alds

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });