NECƏ YEMƏK YEMƏLİ VƏ SAĞLAM QİDALANMALIYIQ?

NECƏ YEMƏK YEMƏLİ VƏ SAĞLAM QİDALANMALIYIQ?

Son dövrlərdə ən aktual məsələlərdən biri də sağlam qidalanmadır. İnsanlar üçün sağlam qidalanma eyni zamanda artıq çəki almamaq əsas şərtlərdən birinə çevrilib. Əslində yemək yemə texnikası və sağlam qidalanma özü də bir fəlsəfədir. Burda təkcə yeməyin kalorisi önəmli deyil, həm də, yeməyi necə yeməyimizin rolu çox böyükdür. Bu haqda təbii ki, dietoloqlardan eləcə də sosial şəbəkələrdən məlumat almaq və orqanizmə uyğun qida rasionu planlamaq da mümkündür. Ancaq burada psixoloji nüanslar var ki, onları da qeyd etməkdə fayda vardır. Psixoloqların artıq çəkidən əziyyət çəkən və arıqlamaq istəyən insanlara tövsiyələrindən biri, yemək yeyərkən porsiyaları kiçik şəkildə əlavə etmələri, seçdikləri yemək boşqabının tünd rəngdə olmasına, eləcə də kiçik ölçüdə olmasına diqqət etmələridir. Çünki, bu rənglər və ölçü insanda “tez doyma” hissi yarada bilir. Digər tərəfdən yeməkdən həzz alma hissi də vacib tərəfdir, belə ki, bu da “tez doyma” dediyimiz hissi yaradır. Məsələn: yemək yeyərkən hər hansı sevdiyimiz musiqini dinləmək, dostlarımız və ya ailəmizlə söhbət etmək, nəyisə müzakirə etmək və s. sadalmaq olar. Qeyd etdiyimiz kimi kiçik porsiyalar şəklində yemək daha məqsədəuyğundur, belə ki ,həzmetmə prosesi rahat olur və bu da “tez doyma” hissini yaradan amillərdən biridir. Bir daha qeyd etmək lazımdır ki, arıqlamaq prosesi dietoloji proses, yəni dietoloqlardan kömək alınmaqla həyata keçirilən proses olsa da, məsələnin ciddi psixoloji tərəfləri də var. İlk öncə artıq çəkidən əziyyət çəkən və bundan qurtulmaq istəyən insanlar özlərində bunu psixoloji olaraq qəbul etməli və bu prosesdən çıxış yoluna düşüncələrindən başlamalıdır. Ən vacib nüanslardan biri məhz budur, başqa bir tərəfi isə bu prosesi ertələməmək, gecikdirməməkdir. Bu məsələdə digər bir səhv düşüncə pəhriz dönəmidir. Belə ki ,insanların demək olar ki, çox qismi pəhrizi həyat tərzinə çevirməkdə çətinlik çəkir və çox zaman bunu bacara bilmirlər. Bir müddət bu prosesə əməl edir sonra yenə əvvəlki həyat tərzinə qayıdırlar. Yuxarıda qeyd etdiyimiz kimi, boşqab rəngləri açıq rəngli olmalıdır, məsələn: ağ, sarı qırmızı və s. bu rənglər iştah açıcı rənglərdir, eləcə də bəzəkli boşqablardan da çəkinməlidirlər. Əksinə tünd rəngli məişət əşyalarına, xüsusən yemək üçün istifadə etdiklərimizin tünd rəngdə olmasına diqqət etməliyik. Eləcə də, şəkər və un məmulatlarını qida rasionumuzdan azaltmağa və zamanla onları çıxarmağa çalışmalıyıq. Əvəzində bol su tükətməyə üstünlük verməliyik ki, bu da artıq çəkidən xilas olmağa kömək edən amillərdən biridir. Suyun da öz içilmə texnikası var ki, sağlam qidalanmaq istəyənlər buna diqqət etməlidir. Belə ki, suyu yeməkdən minumum 30 dəqiqə əvvəl qəbul etmək orqanizm üçün daha faydalıdır. Tibii baxımdan desək, yeməkarası və ya əvvəl su içmək mədə şirəsini yuyur və bu da yediyimiz qidanın gec həzm olmasına səbəb olur. Suyu ölçü stəkanları ilə və hissə-hissə içmək daha məqsədəuyğundur. Bundan əlavə bildirmək lazımdır ki, psixoloji cəhətdən də, pəhrizə birdən başlamaq, yeməyi maksimum səviyyədə birdən-birə azaltmaq düzgün yol deyil. Bu prossesi etablı şəkildə, yavaş-yavaş etmək faydalıdır ki, bu şəkildə insanların, həm bu prosesə öyrəşməyi, həm də, onu həyata keçirməyi asanlaşır. Sağlam şəkildə çəki vermək, həm insanın sağlamlığı üçün, həm də, psixologiyası üçün vacib şərtlərdən biridir. Digər tərəfdən bunlarla bərabər idmanla məşğul olmaq da, həmçinin insanı psixoloji cəhətdən sağlam tutur, eyni zamanda da artıq çəkidən qurtulmağın ən əlverişli yollarından biridir.

Amerika Beynəlxalq Nevrorequlyasiya və Tədqiqatlar Dərnəyinin rəsmi təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi , klinik psixoloq Narınc Rüstəmova

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!