Uşaqlarda məsuliyyət hissi

“Uşaqlarda məsuliyyət hissi”

Uşaqlarda məsuliyyət hissinin formalaşdırılması valideynlərin uşaq tərbiyəsində diqqət etdikləri vacib məqamlardan biridir. Bəzən valideynlər psixoloqlara belə suallar ünvanlayırlar: “Övladım çox məsuliyyətsizdir. Necə edə bilərəm ki, övladımda məsuliyyət hissi formalaşsın? ”

Ümumiyyətlə uşaqlarda “daxili planlama” dediyimiz anlayış olmalıdır, bu xüsusən 6-7 yaşından sonrakı uşaqlara şamil edilir. Belə ki, onlar günlük rejimlərini planlamalı və bu qayda üzrə hərəkət etməlidirlər. Bu zaman valideynlər uşaqlarda məsuliyyət hissinin olub-olmadığını aydın şəkildə müşahidə edə bilərlər. Əslində hər birimizdə bu “daxili planlama”, yəni məsuliyyət hissi olmalıdır. Başqa sözlə ifadə etsək hər birimizin yeni günə başlayanda həmin gün sonuna qədər edəcəklərimizin planı olmalı və növbəli şəkildə onları yerinə yetirməliyik. Belə olan halda gün sonu həm işləri bitirmiş oluruq, həm də növbəti günə iş qalmır və qarışıqlıq yaranmır. Çünki biz artıq günümüzü,işlərimizi müəyyən qaydaya salmışıq və məsuliyyətli şəkildə onlara əməl edirik.

Uşaqlarda məsuliyyət hissini formalaşdırmaq üçün ilk dönəmlər, yəni təxminən 6-7 yaşa qədər valideyn köməyi vacibdir. Yəni, uşaqlarda məsuliyyət hissinin yaranması və formalaşması ilk növbədə valideyndən aslıdır. Ancaq onu da bildirmək lazımdır ki, bu kömək adət halını almamalıdır ki, uşaq valideyndən aslı qalmasın. Yəni, valideyn onun məsuliyyətində olanları məsələn, dərs oxumaq zamanı ananın uşağı təhrik etməsi, hər səhər bağçaya və ya məktəbə getməsi üçün gəlib onu oyandırması və s. bunları hər dəfə ona xatırlatmaq məcburiyyətində qalmasın. Bunun üçün bir neçə nüansa diqqət etmək lazımdır: kiçik yaşlarından onlara kiçik tapşırıqlar, öhdəliklər vermək və addımlamasına kömək etmək vacibdir. Məsələn: əgər valideyn 3 yaşında övladını bağçaya getmək üçün oyandırmağa gəlirsə, artıq irəli vaxtlarda 4-5 yaşlarıda  kiçik bir zəngli saat alıb onun otağına qoysa zamanla uşaq özü oyanıb hazırlaşmağa başlayar. Beləliklə, artıq onda öhdəliklərini anlamaq, icra etmək kimi bacarıqlar formalaşacaq ki, bu da bilavasitə onda məsuliyyət hissi yaradacaq. Uşaq müəyyən yaşa, məsələn 9-10 yaşına çatmasına baxmayaraq öz şəxsi gigiyenasına baxmırsa, əşyalarına qarşı səliqəsiz və dağınıqdırsa bu uşaqda məsuliyyət hissindən danışmaq  olmaz.  Məsuliyyət hissinin formalaşmasında əhəmiyyətli üsullardan biri də, yuxarıda qeyd etdiyimiz ”daxili planlamaya” uyğun olaraq görüləcək işləri həmişə eyni qaydada həyata keçirməyi uşaqlara aşılamaqdır. Çünki, hər gün təkrarlanan rituallar uşaqların yadında daha tez qalır və onları növbəli şəkildə icra edirlər.

Əvvəl də vurğuladığımız kimi valideyn köməyi və ən əsası valideynin özünün də məsuliyyətli olması uşaqlarda məsuliyyət hissinin yaranması və formalaşması üçün önəmli nüanslardan biridir.

Amerika Beynəlxalq  Nevrorequlyasiya və tədqiqatlar  Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });