Əqli, nitq-motor geriliyi olan əkiz qardaşlar İsa və Hüseyn Rüstəmovların valideyni övladlarının problemi üçün Narınc Rüstəmovaya müraciət edib. Əkizlərin 8 yaşı olsa da əqli cəhətdən geri olduqları üçün, özlərini 3-4 yaşlı uşaq kimi aparırlar. Məktəbə gedəcək yaşda olsalar da, lakin məktəbə getmirlər. Valideyni bildirir ki, 3 yaşından sonra inkişaf etməyib və onlarda yaşıdları kimi davranışlar müşahidə olunmur. Bundan başqa onlarda hiperaktivlik sindromu da var, yüksək hərəkətlilik və impulsivlik müşahidə edilir. Onlarda nitq ləngiməsi də mövcuddur, söz bazaları azdır, həmçinin nitqləri aydın şəkildə deyil. Eyni zamanda diqqət yayınmaları, diqqətini toplaya bilməmək kimi hallar da İsa və Hüseyndə görünür. Hər iki balamızın göstəriciləri kifayət qədər aşağıdır. Normalda rəngləri, mövhumları uşaqlar 3 yaşından etibarən tanımalı və adlandırmalıdır. Lakin, Hüseyn və İsa balamızda bu tərəflər də inkişaf etməyib. Bərabərində motor bacarıqları da geridir və yerişlərində də problem var.
Biz də öz növbəmizdə balalarımızın tezliklə sağlamlığına qovuşması üçün əlimizdən gələn bütün dəstəyi göstərəcəyik. Balalarımıza mərkəzimizin möcüzəvi aparatlarnı da tətbiq edəcəyik. Belə ki, bunların sayəsində balalarımızın beyin dalğalarını oyadacaq və onların yaşlarına uyğun davranışlar sərgiləməsinə kömək edəcəyik. Möcüzəvi Neurofeedback aparatımız vasitəsilə əkizlərimizdəki diqqət əskikliyini də korreksiya edəcəyik. İsa və Hüseynə istər psixoloji, istərsə də loqopedik yardımlar göstərəcəyik. Tezliklə uğurlu nəticələrimizi bölüşəcəyik!