“Çox sual verən uşaqlar”

“Çox sual verən uşaqlar”

Valideynlərdən aldığımız şikayətlər sırasında uşaqların davamlı onlara sual verməsi, hər şeylə detallı şəkildə maraqlanmaları mövzusu da vardır. Belə ki, bəzən valideynlər bu suallara necə cavab verəcəklərini bilmirlər və övladlarının bu qədər xırdalığa enməsi, gün ərzində çoxlu sayda suallar verməsi onları yorur və narahat edir. Bəzən, hətta valideynlər bu sualların bir hissəsini mənasız kimi qiymətləndirir, cavab vermək istəmir. Uşaq isə öz növbəsində cavab almaq istəyir və ala bilmədikdə valideyni təkid edir, eyni zamanda yeni-yeni suallar da ünvanlamağa başlayır. Nəticədə, bu hal valideynlərin bezməsinə, sanki övladının onu ələ salırmış kimi hiss etməsinə və uşağa əsəbləşməsinə gətirib çıxarır. Hətta, bu problemlə psixoloqa müraciət edən valideynlər bu vəziyyətin anormal olduğunu, normal uşağın bu qədər sual vermək bacarığına malik olmadığını bildirirlər. Əslində isə, uşaqların sual verməsi və cavab gözləməsi heç də anormal hal hesab edilmir. Belə ki, 4 yaşından etibarən uşaqlar gün ərzində 50-200 arası sual verə bilər. Uşaq heç bir sual vermirsə, əksinə bu zaman valideynlər narahatlıq keçirməlidir. Təxəyyül analizi, ümumiyyətlə analizin güclənməsi dönəmində uşaqlar ətraf mühiti dərk etməyə başlayırlar. Bu zaman artıq, onlar ətrafda olan əşyaların funksiyasından çox, onları adlandırmağa və bu adları qavramağa, hafizəsində saxlamağa başlayırlar. Onlar bu dönəmdə əşyaları qruplaşdırmır, kateqoriyalaşdırmırlar. Məsələn: bütün növ ağacları onlar sadecə ağac, başqa-başqa növə aid güllərin hamısını sadecə, gül adlandırırlar.

Qeyd etdiyimiz kimi, bu hallar 4 yaşından etibarən daha çox suallarla əvəz olunur. Ən çox “nə?”, “nə üçün?”, “niyə?” sualları verməyə başlayır, hadisənin və ya başqa bir şeylərin xırdalığına qədər gedə bilirlər. Valideynlər bu yaş müddətində, irəli yaşlarda bu suallara nə qədər gözəl və ətraflı cavab verərlərsə bunlar da o qədər çox uşaqların intellektual inkişafına faydalı olar. Valideynlər bu prosesdə səbirli davranmalı, uşağın yaşını, marağını, dünyagörüşünü və s. nəzərə almalıdır. Unutmaq olmaz ki, bütün bunlar onun şüuraltısında qalır və gələcək inkişafı üçün müəyyən dərəcədə rol oynayır. Avtobusda, metroda, parkda və ya başqa bir yerdə uşaq sual ünvanlasa  valideyn səbrlə və çəkinmədən, hətta sual ona “gülünc” görünsə də hər birini cavablamalı və izah etməlidir. Belə olduqda uşaqlarda analiz, sintez qalbiliyyəti formalaşmış olur. Gələcəkdə belə uşaqlar ekstrmal vəziyyətlərdən yüksək analiz qabiliyyəti, intellekti və biliyi sayəsində, daha tez çıxış yolu tapır. Bəzən valideynlərin də, uşaqlara suallar verməsi, hansısa mövzunu danışması və ya müzakirə etməsi yaxşı olar. Bütün bu proseslər uşaqların istər intellektual, istərsə də psixoloji tərəflərinə müsbət təsir edəcəkdir.

Amerika Beynəlxalq  Nevrorequlyasiya və tədqiqatlar  Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });