“ Donuq zəka və sərhəd zəkalı insanlar”

Bəzi uşaqların istər valideynləri, istərsə də ətafındakı insanlar onların laqeyid, vecsiz, bacarıqsız, məsuliyyətsiz olduğunu və doğru-düzün bir işi bacara bilməmələrindən şikayətlənirlər. Bəs bu vəziyyətdən çıxış yolu necədir? Bunu yaradan səbəblər nədir?

İlk növbədə onu vurğulamaq lazımdır ki, məsuliyyət hissini formalaşdırmağın ən əsas yollarından biri intellektual inkişafla bağlıdır. Yəni, intellektual inkişaf nə qədər yüksəkdirsə bir o qədər insanda özünü dərk etmə, planlama və məsuliyyət hissi daha güclü olacaqdır. Əksinə intellektual bacarıqları zəif olan və ya inkişaf etməmiş insanlarda məsuliyyət, özgüvən, özünə qapanma kimi hissləri daha çox olur. Ona görə də kiçik yaşlardan övladında bu halları müşahidə edən valideynlər mütləq onların zəka yaşlarını ölçən testlərdən keçirməlidirlər. İntellekt göstəriciləri normalda 90-110 arasında olmalıdır. Bu tamamilə normal göstərici hesab edilir və bu uşaqların inkişafında bir problem yoxdur deməkdir. Belə uşaqlarırda isə adətən zəka göstəricisi 70-80 civarı görülür. Ona görə də belə uşaqlar, donuq zəka və sərhəd zəkalı uşaqlar kateqoriyasına aid edilir. Bu uşaqlar özünü ifadə etməkdə, yaşıdları ilə dil tapmaqda çətinlik çəkirlər. Çünki əgər bir gəncin 19 yaşı varsa ancaq zəka yaşı 14 təsbit edilibsə təbii olaraq o özünü 14 yaşlı uşaq kimi aparmağa başlayacaq və ətrafı ilə problemlər yaşamağa başlayacaq. Ətrafında olan insanlar, yaşıdları da təbii ki, onda olan bu fərqliliyi hiss edir və zamanla belə uşaqları yaxın çerələrinə buraxmırlar. Artıq  bu da müəyyən vaxtdan sonra onlarda sosial çevrəsinin olmamasına, ünsiyyət və adaptasiya problemlərinin yaranmasına gətirib çıxaracaqdır. Son nəticədə tənbəl, bacarıqsız, komputer aslılığı olan, vaxtının çoxunu sosial şəbəkələrdə, virtual oyunlarda keçirən, ətrafı və ailəsi tərəfindən təqdir edilməyən bir şəxsiyyət formalaşmağa başlayacaq.

Bəzən ailələr uşaqlarında baş verən kiçik ləngimələrin fərqinə varmır və ya fərqinə vardıqda zamanında maraqlanmırlar. Lakin, zaman keçdikcə bu hallar uşaqlarda  xarakterik xüsusiyyətlər kimi özünü göstərməyə başlayır. Ancaq bunlar tənbəllikdən, bacarıqsızlıqdan deyil, sadecə özünü dərindən analiz edib, dərk edə bilməməkdən irəli gəlir. Ona görə də qeyd etdiyimiz kimi bu problemi vaxtında həll etmək, gözardı etməmək lazımdır. Uşağın zəka yaşı ölçülməli və əgər ehtiyac varsa mütləq zamanında ixtisaslaşmış bir psixoloqa yönləndirilməlidir. Psixoloq onda normal intellekt bacarıqlarının formalaşması, zəka inkişafının bərpa olması üçün kömək olmalıdır ki,  öz yaşına uyğun düşünə, hadisə və prosesləri dərk edə və qiymətləndirə bilsin.

Amerika Beynəlxalq  Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });