Qazimiz Mübariz Həsənovun qızı Narınc Psixologiya Mərkəzində təmənnasız terapiya görəcək

Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyatçısı, gizir Həsənov Mübariz Əli oğlu aprel döyüşlərində və II Qarabağ müharibəsində iştirak etmiş və bədəninin müxtəlif nahiyələrindən ağır qəlpə yaraları almışdır. Amma, ən ağır qəlpə yarasını Hadrut istiqamətində hücuma keçərkən alıb. Ancaq qazimiz Mübariz Həsənov ağır qəlpə yaraları almasına baxmayaraq Şuşa şəhərinə qədər gedib çıxa bilmiş və qəhrəmanlıqla döyüşlərdə iştirak etmişdir. Qazimiz Həsənov Mübariz cəsurluğuna, qəhrəmanlığına görə bir çox medallarla təltif olunmuşdur.

Qazimiz 5 yaşlı qızı Qönçə balamızın problemlərinə görə Narınc Rüstəmovaya müraciət etdi. Belə ki, Qönçə balamızda nitq problemləri, həmçinin çəkingənlik var. Qönçə balamızın demək olar ki, nitqi yoxdur və danışa bilmir. Bu da onun sosiallaşmasına, onda çəkingəzliyin yaranmasına gətirib çıxarır. Həmçinin özünü ifadə edə bilməmək balamızda aqressiyaya da səbəb olur.

Biz də Narınc komandası olaraq Qönçə balamızın problemlərindən qurtulması üçün əlimizdən gələn bütün dəstəyi göstərəcəyik.

Allahdan Şəhidlərimizə rəhmət, Qazilərimizə şəfa diləyirik!

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });