Misfoniya diaqnozu kimlərə qoyula bilər?

      Misfoniya diaqnozu kimlərə qoyula bilər?

“Böyüklərdən, həmçinin bəzən də uşaqların valideynlərindən “Uşağımın qulağında səs var. Nə ilə bağlı ola bilər? Müalicəsi varmı?” tipli suallar tez-tez alırıq”. SİA-ya açıqlamasında Narınc Psixologiya Mərkəzinin təsisçi rəhbəri, uzman klinik psixoloq Narınc Rüstəmova qeyd edib.

O bildirib ki, misofoniya dediyimiz bu problemi mütəmadi olaraq müşahidə edirik: “Məsələn, plastik torba xışıltısı və ya boşqabın çəngəllə cızıltısı, uğultuya, ürək döyüntüsünə bənzər kimi səslər eşidəndə bu əsəbdən titrəyirsinizmi? Həmçinin, kimsə dişlərini bir-birinə sürtərkən və ya dırnağını lövhəyə sürtüb səs çıxararkən özünüzdən asılı olmayarq aqressivləşirsinizmi? Çoxları üçün bu, adi səslərdir və bu misallar adi səslənə bilər. Lakin “misofoniya” diaqnozu olan insanlar üçün bu, ciddi problemdir. Bu söz, yəni misofoniya yunanca “səslərə nifrət” deməkdir. Ancaq bunu hallussinasiya və ya psixi pozuntular zamanı eşidilən səslərlə qarışdırmaq olmaz. Belə insanlar təbii ki, ilk növbədə, lor həkimlərə üz tutur. Ancaq qulaqda iltihablanma, zədələnmə və ya infeksional bir problem yoxdursa, artıq bu problemin birbaşa qulaqla bağlı olmadığı bildirilir. Digər tərəfdən B12, D vitamini səviyyəsi yoxlanılmalıdır. Xüsusilə bu hal qan azlığından, beyin şişindən, şəkərli diabetdən əziyyət çəkən insanlarda mütləq yoxlanılmalıdır. Çünki əksər hallarda belə insanların da qulaqlarında səslər olur. Əgər bu yoxlanışlardan sonra pasientin nə başında, nə də qulağında heç bir problem olmursa, ancaq yenə də səslər gəlirsə o zaman biz aparatlar vasitəsilə onu müalicə edə bilirik. Bu kimi problemlərin korreksiyasında TDCS aparatı çox faydalıdır. Belə ki, saçın dibinə duzlu su vasitəsilə oyaq vəziyyətdə xüsusi iki elektrodla qoyulur. 20 dəqiqədən 60 dəqiqəyə qədər aparat seansını tətbiq edə bilirik. Davamlı minimum 20 seans gələn pasientlə nəticə almaq mümkündür. TDCS aparatının digər müsbət tərəfi istənilən vaxt tətbiq edilə bilməsidir. Məsələn:pasient həmin an kitab oxuya bilər, yazı da yaza bilər və s. 4 yaşdan yuxarı hər kəsə tətbiq edilə biləcək bir terapiya üsuludur. TDCS ilə bərabər LİTMS apartı da belə problemlərdə çox faydalıdır”.

Müəllif-Sevilin Abbasova

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });