Narınc Psixologiya Mərkəzinin Xırdalan filialının açılış mərasimi baş tutdu

“Ən təhlükəli qısqanclıq tipləri şiddət şəklində özünü biruzə verəndir“ – Psixoloq fikri

“Valideynlərin çox zaman şikayətləndiyi mövzulardan biri də ailədə bacı-qardaşın düzgün münasibət qura bilməməsi, hansısa oyuncaq üstündə dava etmələri, qısqanclıq və s. problemlərdir. Bildirməliyəm ki, burada vacib faktlardan biri də uşaqlar arasındakı yaş fərqidir. 3-6 yaş eqosentrik dönəm kimi götürülür ki, bu zaman uşaqlarda mərkəzçilik olur ətraflarında baş verən hər şeyin mərkəzində özlərini görürlər, xüsusi diqqət və qayğı istəyirlər”. Bu sözləri SİA-ya açıqlamasında Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman-Klinik psixoloq Narınc Rüstəmova deyib.

Psixoloq bildirib ki, belə bir vəziyyətdə ailədə növbəti övlad dünyaya gələrsə bu da öncəki uşağa qarşı qayğı və diqqətin əvvəlki kimi olmaması ilə nəticələnir: “Belə ki, valideynlər yeni doğulan körpəyə daha çox zaman ayırır, bu da digər övladın yeni doğulan bacı və ya qardaşını qısqanmasına səbəb olur. 3-6 yaş arası uşaqlar ikinci qardaşı, bacını onlara diqqəti, sevgini həzm edə bilmir. Artıq ailədə valideyn-uşaq münasibətlərində problemlər yaranmağa başlayır. Bir çox halda yaşları arasında 1-2 il fərq olan uşaqlar və ya aralarında yaş fərqi 3-6 yaşı keçən uşaqlar bir-biri ilə dost münasibətində qala bilir. Qısqanclığı biruzə verməkdə uşaqları iki qrupa bölə bilərik: bəzi uşaqlar bunu açıq şəkildə göstərir və özündən sonrakı bacı-qardaşını qısqandığını valideynlərinə bildirirlər.

Digər qrup uşaqlar isə hisslərini ifadə etməkdə çətinlik çəkir və qısqanclığını aşkar şəkildə bildirə bilmir. Uşaqlar adətən belə hallarda xırda şeyləri də problem etməyə, kövrək olmağa başlayır ki, bu da valideynlər üçün siqnal olmalıdır. Ən təhlükəli qısqanclıq tipləri şiddət şəklində özünü biruzə verəndir. Belə ki, bu tip uşaqlar özündən kiçik bacı və ya qardaşını itələyir, vurur, aqressiya nümayiş etdirirlər. Digər qısqanclıq tipləri isə sözlərlə və infantil davranışlarla ifadə olunur. Bəzi uşaqlarda isə bu xüsusiyyətlərin hər üçü də müşahidə edilir. Bu zaman valideyn obrazı daha qabarıq görsənməlidir, yəni onlar elə şərait yaratmalıdır ki, digər övladı yeni doğulan körpəni özünə rəqib kimi yox dost kimi görsün. Belə problemlərin yaranmaması üçün valideynlər diqqətli olmalı və problemlər vaxtında aşkarlanmalı və korreksiya edilməlidir”.

Müəllif: Səbinə Hüseynli

https://sia.az/az/news/social/1137197.html

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!