Uşaqlarınızı daha yaxından tanıyın

Oyun uşaqları tanımaq üçün ən yaxşı vasitələrdən biridir. Çünki onlar oynadıqları oyunlarda öz fikir, duyğu və düşüncələrini, ətrafdakı insanlara qarşı münasibətlərini, eyni zamanda baş verən hadisələri necə anladıqlarını büruzə verirlər. Həm dil, həm də hərəkətləri ilə nümayiş etdirdikləri davranışları onların əsl simalarının üzə çıxmasına xidmət edir. Doğrudur, uşaqlar bütün davranışlarında özlərini ifadə etmirlər. Yəni bir […]
Valideynlərin 7 ziyanlı vərdişi

Ailədə psixoloji ab-havaya bir çox amillər təsir edir. Psixoloqlar müasir valideynlərin əksəriyyətinin meyil etdikləri və ailə səadətinə zərbə vuran bir neçə zərərli vərdişləri qeyd ediblər. Bəlkə də onların hamısını, ya heç olmazsa, bir neçəsini tərgitməklə özünüzün və uşaqlarınızın daha çox xoşbəxt olmasına şərait yarada bilərsiniz. 1. Başqa valideynləri mühakimə etmək vərdişi. Yəqin ki, əksəriyyətimiz hansısa […]
Uşaq tərbiyəsində 7 məqam

Valideynlər, uşağın şəxsiyyətin formalaşdığı 3-4 yaşdan etibarən uşağın davranış və inkişafını yaxından izləməli və uşağın əxlaqi anlayışları anlamağa başladığı 7-8 yaşdan etibarən də əxlaqi dəyərləri ona öyrtəməyə başlamalıdırlar. Valideynlərin öz övladına vaxtında vermədiyi əxlaqi tərbiyə ona nə məktəbdə və nə də cəmiyyətdə öyrədiləcək. Ona görə də, valideynlər gərək övladlarının bütün yaş dövründə xüsusi ilə qeyd […]
“Uşaqlarda kiçik motorikanın inkişafı”

Uşaqlarda kiçik motorikanın inkişafı elə uzunmüddətli və fasiləsiz prosesdir ki, onun gedişatında uşaq dünyanı dərk edir, ətraf aləmlə ünsiyyətə girir, cəsarət qazanır və hətta danışmağa başlayır. Kiçik motorika – əl biləyi va barmaqlarının köməyi ilə xırda və dəqiq hərəkətlər yerinə yetirməyə xidmət edən sinir, əzələ və dayaq sisteminin birgə koordinasiya olunmuş işidir. Bununla belə, onun […]
Psixoloq Narınc Rüstəmova: “Uşaqlarda bağça qorxusu”

Uşaqlarda 3 -6 yaş arası dövrdə öz yaşıdlarına daha çox maraq yaranır. Öncəki illərdə valideynlərinə və ətrafındakı böyüklərə qarşı meyil zamanla yerini öz yaşıdlarına verir. Bu dönəmdə uşağın yaşıdları ilə təması vacibdir. “ Evdəyəm, niyə bağçaya getsin, elə özüm baxaram” deyə,düşünən analar bəzən bu gözəl fürsəti onların əlindən almış olurlar. Bağça- çalışan valideynlərin uşaqlarına baxım […]
Valideynlərarası gərginliyin uşaqda yaratdığı davranış pozuntuları

Bu mövzu aktual mövzudur. Böyüdüyümüz ailәdә hәmişә söz - söhbәt olub. Atamız anamızla mübahisә edib və yeri gәlәndә nәnә – babalarımız da söhbәtә qarışıb. “Gәrginlik” deyәndә bizdә nә nәzәrdә tutulur: “ay, qışqırma, uşaq qorxar”, “ay, belә elәmә uşaq filan şey eliyәr” deyilәn bir şey әslindә yoxdur. Ümumiyyәtlә, şüuraltı davranış pozuntuları yaranır uşaqlarda. Davranış pozuntusu o […]
Mənim uşağım autizm deyil

İnsan var olduğu andan psixologiya da var olmaqdadır. İlk insanlardan bu günə qədər insan inkişaf edib, müasirləşib, təkmilləşib və meydana 20-ci əsrin müasir insanı kimi formalaşıb. İnsan formalaşdıqca, maarifləndikcə psixologiyada formalaşıb, inkişaf edib. Elm sahəsi inkişaf etdikcə, müasir günümüzdə psixi xəstəliklər də yaranıb inkişaf edib. Psixologiya elminin demək olar ki, təməl daşı Autizm sindromu, müasir […]
Aqressiv uşaqla necə davranmalı

Uşaqlarda aqresiya son zamanların ən aktual mövzularındandır. Aqressiv uşaqların sayı sürətlə artır. Bu çoxlu sayda xoşagəlməz faktorların təsirindən yaranır: 1) Uşaqların həyatının sosial şəraitinin pisləşməsi 2) Ailə tərbiyəsinin düzgün təşkil olunmamasi 3) Məktəbdə uşaqların sinir-psixi vəziyyətinə diqqət yetirilməməsi 4) Uşağın baş beyninin zədələnməsi kimi ağırlaşmalarla nəticələnən pataloji hamiləlik və doğuşların sayının artması, bundan başqa kütləvi […]
Uşaqlar arasında qısqanclıq hissinin aradan qaldırılması

Bacı – qardaş qısqanclığının bir sıra səbəbləri var. Bunlardan bir neçəsini misal göstərmək istərdim. Əgər ailədəki uşaqlar arasında hansısa dərslərində daha çox uğurludursa və digəri deyilsə, yəni, biri çox yaxşı oxuyur, digəri zəifdirsə valideyn daima onu tərifləyir, onu misal çəkir. “Bax sən ona oxşamalısan, sən niyə ona oxşamırsan? O, dərslərini yaxşı oxuyur, sən niyə onun […]
Valideynlər və məşhur “cəza istəkləri” – I hissə

Belə düşüncə var ki cəza almayan uşaq necə doğruları öyrənəcək?! Ya da “el-aləm nə deyər?” düşüncəsindən dolayı cəzalar verilir. Və uşaqda öyrənilmiş qayda bu olur: kimsə görmürsə heç bir problem yoxdur. Cəmiyyət öz xoşbəxtliyini vacib sayan, öz tələbatlarını ödəməyə üstünlük verən ana-atanı elə çox da təqdirə layiq görmürlər. “Gecə-gündüz çalışaraq uşaqları üçün çörək pulu qazanan […]