Ev heyvanlarının uşağın inkişafında rolu
Uşaqlar çox kiçik yaşlarından heyvanlar ilə tanış olur. Ümumilikdə, uşaqların heyvanlar ilə ilk tanışlıqları oyuncaqlar ilə olur. Bundan əlavə, kitablarda, hekayələrdə, cizgi filmlərində heyvan qəhrəmanların önəmli rolu vardır və onlar uşaqların ilk dostlarından olurlar. Həyatımızın ayrılmaz hissəsi olan heyvanlar həm də uşaqların şəxsi inkişafında mühum rol oynayır. Düzgün münasibət qurulduğu halda empatiya qabiliyyətindən əxlaqi dəyərlərin […]
Musiqinin uşaq psixologiyasına faydası
Məlumdur ki, musiqi mədəniyyətimizdə əhəmiyyətli yer tutur. Və biz müəyyən edə bilərik ki, doğurdan da həyatımızın müxtəlif aspektlərində musiqiyə asanlıqla rast gəlinə bilər, məsələn, teatr, televiziya, filmlər, bayramlar, hərbi mərasimlərdə musiqinin önəmi böyükdür. Və nəhayət deyə bilərik ki, musiqi evdə də ailə mədəniyyətinin və gündəlik həyatın ən təbii hissəsi sayıla bilər. Müasir dövrdə, adətən , […]
Uşaqlarda cinsi tərbiyə
Uşağın öz bədənini kəşfetmə dönəmi ilə başlayan cinsi tərbiyə oyunlarla davam edir.Bir çox valideyn uşağın cinsiyyətə aid davranışları ilə qarşılaşdıqda nə edəcəyini bilməz və bu davranışları yetişkin insanların cinsi həyatı ilə qarışdırar.Lakin uşaq cinsi həyatı yetkin cinsi həyatından tamamilə fərqlidir və uşağın inkişafında təbii bir dövrdür.Cinsi tərbiyədə ana və ata bilməlidir ki, səbrli olmaq və […]
UŞAQLARDA QISQANCLIQ
Qısqanclıq həyatın hər dövründə yaşanan bir duyğudur. Qısqanclıq gözlənilən maraq, diqqət, sevgi və şəfqət əksikliyinə verilən təbii bir cavabdır. Uşaqlıqda bu hislər artıq 2 yaşından etibarən baş qaldırır. Uşaq, hər kəsin özündən daha yaxşı olduğunu və özünün hər kəsdən daha az sevildiyini düşünməyə başlayır. Amma ailəyə ikinci uşaq gəldiyi zaman bu hislər daha da gərginləşir. […]
Uşağın həyatında bağçanın rolu
Uşağın şəxsiyyətə çevrilməsidə ailə, mühit, tərbiyə, bununla yanaşı məktəb, sosial müəssisələr, müxtəlif dərnəklər radio və televiziya verilişləri həlledici rol oynayır. Bağçanın uşaqların həyatında rolu böyükdür.Bu günün uşağı gələcəyin şagirdi, tələbəsi, ziyalısıdır. Uşaqların necə inkişaf edəcəyi onları əhatə edən mühitlə bağlıdır. Uşaqların sosiallaşması üçün atılan ilk addımlardan biridə onların bağça mühitinə öyrəşmələri ilə başlayır. Təqdiqatlar da […]
Məktəbəqədər yaşlı uşaqların sosial inkişafı
Bir çox valideynlər bilir ki, şəxsiyyətin əsası erkən uşaqlıqda qoyulur. Məktəbəqədər yaş dövrü uşağın həm davranışında, həm də sosial inkişafında vacib bir dövrdür. Ümumiyyətlə uşağın sosial inkişafı nə deməkdir? Uşağın sosial inkişafı cəmiyyətin adət-ənənələrini, mədəniyyətini bilməsi, cəmiyyətdə özünəməxsus yer tapmasıdır. Əlavə etmək lazımdır ki, körpəlik dövründə uşaq böyüklərlə ilk ünsiyyətini qurur, onlara inanır, öz bədənini […]
OYUN TERAPİYASI
Mövzu uşaqlar olduqda, ən təbii və özlərini rahat ifadə edə bildikləri mühit oyunlardır. Oyun və oyuncaqlar vasitəsilə uşaqların ehtiyaclarını ifadə etmələrinə kömək edən xüsusi fəaliyyətə oyun terapiyası deyilir. Təhlükəsiz mühit yaradan təcrübəli bir oyun terapevti ilə uşaqlar istədikləri kimi oynamağa cəsarətləndirilirlər. Bu fəaliyyətdə emosional problemlərini ifadə etmələri üçün uşaqlara çox müxtəlif oyuncaqlar təqdim edilir. Uşaqlar […]
Uşaq tərbiyəsində atanın rolu
Məlumdur ki, valideyn himayəsində yaşayan uşaqların məktəbə qədər yaş dövrü, əsasən ata və ananın nəzarəti altında keçir. Bu dövrdə böyükləri uşaq üçün əsl etalon hesab etmək olar. Uşaq valideynlərinin səsini, yerişini, demək olar ki, evdəki bütün hərəkətlərini yamsılayır. Balacalarda beynin sintez və analitik fəaliyyəti formalaşdıqca, artıq onlar valideynlərinin hərəkətlərini götür qoy etməyə, onlara tənqidi yanaşmağa, […]
UŞAQLARIN TƏRBİYƏSİNDƏ NƏNƏ VƏ BABANIN MƏNFİ TƏSİRLƏRİ
Bilirik ki, uşaqların təlim-tərbiyəsində ana-ata əsas rol oynayır. Buna görə də ən sağlam ailə modeli də valideynlər və uşaqlardan ibarət olan kiçik ailədir. Valideynlərin işləməsi uşaqlara kim tərəfindən baxılacağı problemini yaradır və bu vaxt valideynlər ilk növbədə nənə-babaya müraciət edirlər. Maraqlıdır ki, nənə-babalar öz övladlarından fərqli olaraq, nəvələrini böyüdərkən onlara heç bir məhdudiyyət qoymur, bütün […]
Tourette sindromu
Tourette sindromu kompleks və neyropsixiyatris pozuntudur.Sürətli fiziki və səs tiklərinin birləşdiyi nevroloji vəya neyrokimyəvi pozuntudur.Sindrom adını fransız həkimi Gilles de la Tourette’dən alır.Tiklər birdən ortaya çıxan, sürətli, ritmik olmayan bir motor hərəkət ya da səs çıxarmadır. Sadə fiziki tiklərə göz qırpma, gözlərdə hərəkətlilik, dişləri bir birinə sürtmə, başını sallamaq, boynu döndərmə,çiyinləri silkələmə, dili bayıra çıxarmaq […]