Musiqinin uşaq psixologiyasına faydası

Məlumdur ki, musiqi mədəniyyətimizdə əhəmiyyətli yer tutur. Və biz müəyyən edə bilərik ki, doğurdan da həyatımızın müxtəlif aspektlərində musiqiyə asanlıqla rast gəlinə bilər, məsələn, teatr, televiziya, filmlər, bayramlar, hərbi mərasimlərdə musiqinin önəmi böyükdür. Və nəhayət deyə bilərik ki, musiqi evdə də ailə mədəniyyətinin və gündəlik həyatın ən təbii hissəsi sayıla bilər.

Müasir dövrdə, adətən , uşaq doğulandan etibatən valideynlər uşaqları sakitləşdirmək və rahatladmaq üçün musiqidən geniş istifadə edirlər. Valideynlər həm də bu yolla öz sevgilərini göstərir və uşaqlarla ünsiyyət qurur. Təbii ki, istifadə olunan musiqi uşaqların sosial bacarıqlarının inkişafında mühüm rol oynayır və bu onların bütün yaş dövrlərində üstünlük əldə etməsi ilə nəticələnir.

Aparılan bir çox araşdırmalar sübut edir ki, uşaqlıq dövründə musiqi dinləmək beynin inkişafını sürətləndirir (xüsusilə də dil və öyrənmə bacarıqlari ilə əlaqədar hissələr nəzərdə tutulur). Və həmçinin hər hansı musiqi alətində ifa etməyi öyrənmək uşaqların riyazi bacarıqlarının inkişafı ilə nəticələnir.

Musiqi uşaqların psixo-sosial inkişafı və həmçinin məktəbə hazırlıq bacarıqlarında da mühüm əhəmiyyət kəsb edir. Yəni, uşağın intellektual, sosial və emosional, motor, dil və yazib-oxuma bacarıqlarının inkişafına müsbət təsir edir. Bu isə bədən və beynin birgə inkişafı anlamına gəlir. Erkən inkişaf mərhələlərində valideynlərin uşaqlara musiqi dinlətməsi , onların səs və sözlərin mənasını dərk etməsinə köməkçi olur. Musiqi ilə rəqs etmək isə onların motor bacarıqlarının inkişafına imkan verir.

Təsadüfi deyil ki, son illərdə musiqi terapiyasından da geniş istifadə olunur. Əsasən, xüsusi ehtiyacları olan uşaqlar üçün musiqi terapiyasından istifadə həm effektiv, həm də əlverişlidir. Çünki, musiqi həm də motivasiyaedici amildir. Məsələn, çətin bir fəaliyyət zamanı mahnı oxumaq uşaqların həmin işə daha həvəslə hazırlanmalarına zəmin yaradır.

Müəllif: Firuzə Qənizadə.

Bakı Dövlət Universiteti, Psixologiya 3cü kursm

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!