Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

Dizartriya

Gözəl nitq uşağın hər tərəfli inkişafı üçün vacib olan şərtlərdn biridir.Əgər uşaqda nitq qüsuru varsa bu uşağın fəaliyyətində, davranışında öz əksini tapır.Beləliklə,uşaq özünə qapalı olur.Bu da gələcəkdə arzuolunmaz halların yaranmasına gətirib çıxarır.

Nitq patologiyasında qüsurlar üzvi və funksional olur.Üzvi qüsurlar-beyin qabığının anatomik pozuntusudur.Funksinal qüsurlar isə normal anatomik quruluş olduğu halda,nitq orqanlarının fəaliyyətinin pozulmasıdır.Anatomik qüsurlar aşkar olunduqda həkim -mütəxəssisə müraciət etmək lazımdır.Bundan sonra loqoped işləyə bilər.

Dizartriya da nitq qüsurlarından biridir. Kəskin xroniki infeksiyalar,oksigen çatışmazlığı,intoksikasiya, hamiləlik toksikozu və bəzi doğuş travmaları dizartriyaya səbəb olan faktorlardır.Qan uyğunsuzluğu da dizartriyaya səbəb ola bilər.Çox vaxt dizartriya həyatın birinci ilində infeksion xəstəliklərin sinir sisteminə təsirindən yaranır.

Diazrtriya nitq aparatının innervasiyasının orqanik çatışmamazlığı ilə şərtləşən nitqin səs tələffüzü tərəfinin pozuntusudur.Əsas əlamətlərini səslərin artikuliyasiyasının pozulması,səsyaranmanın pozulması,eyni zamanda nitqin tempinin,ritminin,intonasiyasının pozulması təşkil edir.Dizartriya bulbar dizartriya,qabıqaltı dizartriya,

beyincik dizartriya,qabıq dizartriya və psevdo-bulbar dizartriya kimi növlərə bölünür.

Bulbar dizartriya uzunsov beyin xəstəliyi vəya şişi zamanı əmələ gəlir.Qırtlağın,udlağın,dilin və yumşaq damağın iflici və ya parezi xarakterik haldır.Nitq tutqun,çox qarışıq və ləng olur.Bulbar dizartriyalı uşağın üzündə ammimiklik olur.

Qabıqaltı dizartriya baş beyininin qabıqaltı düyünlərinin zədələnməsindən yaranır.Əzələ tonusunun pozulması və hiperkinesiyası müşahidə olunur.Hiperkinesiya zamanı uşaq nəzarət edə bilmədiyi qeyri iradi hərəkətlər edir.

Beyincik dizartriyasına uşaqlarda az rast gəlinir,aydın kəsik nitqlə müşayət olunur.

Qabıq dizartriya zamanı səs heca quruluşu pozulur.Uşağın bir səsdən başqa səsə keçid dinamikası çətinləşir.

Psevdo-bulbar dizartriyaya uşaqlarda daha çox rast gəlinir. Psevdo-bulbar dizartriya erkən uşaqlıq,doğuş və ya doğuş dövründə ensefalit,doğuş travması,şiş və s.nəticəsində beyinin zədələnməsindən əmələ gəlir.Uşaqda psevdobulbar iflic və ya parez əmələ gəlir. Psevdo-bulbar iflic nəticəsində uşaqda ümumi və nitq matorikası pozulur.

Defektoloq-Loqoped: Novruzlu Zəminə

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!