Qardaş – bacı qısqanclığı.

Uşaqlar valideynlərinin maraqlarını, əlaqələrini və sevgisini başqaları ilə paylaşmaq istəmirlər. Öz uşaqlığınızı düşündüyünüz zaman onlara haqq verəcəyinizə əminəm. Xüsusilə məktəbəqədər uşaqlar bir qardaşının dünyaya gəldiyi xəbərini aldıqdan sonra onların sahib olduqları imtiyazların tamamilə əllərindən gedəcəyi qorxusuna qapılırlar. Bütün bu təsirlərdən dolayı uşağın qısqanclığı qaçınılmazdır. Valideynlərin və ailə üzvlərinin tutumları ilk uşağın sağlam vəziyyətdə qalması üçün vacibdir. İlk uşaq qısqanclıq səbəbindən fərqli davranışlar göstərmirsə, akademik müvəffəqiyyət göstərmirsə, bu həyatına mənfi təsiredici reaksiyalar vermirsə, qısqanclıq yaşanılması normal bir prosesdir. Ana ata olaraq yeni bir uşaq sahibi olmaq qərarını aldığınız an etibarı ilə ilk uşağınızı buna necə hazırlayacağınızı düşünmə məsuliyyətini göz ardı etməmək lazımdır. Təklif olunan yaş aralığı ən az 3 olaraq göstərilməktədir. Bunun səbəbi, fərqli ehtiyaclarının olmasının siz ana və ataların təmin etməsi asandır.Uşaq hər kəsin özündən yaxşı olduğunu və hər kəsin onu daha az sevdiyini düşünməyə başlayır. Xüsusilə kiçik uşaqlarda, yeni doğulan bir qardaşın qısqanclığı bəzən həyatın təsirinə səbəb ola bilən və davranış pozğunluğuna səbəb ola biləcək sıx bir duyğu ola bilər.

  • Valideynlərim məni əvvəlki kimi sevəcək mi?
  • Ya qardaşımı məndən çox sevərlərsə,
  • Məndən daha çox onla maraqlanarlarsa,

Mən yenə əvvəlki kimi ata və anamla tək olmaq istəyirəm kimi düşüncələr bacı qardaş qısqanclığının təməlini qoymaqdadır.

Qısqanclığın səbəbləri:

Qısqanclıq əsasən güvənsizlikdən qaynaqlanır. O zamana qədər ona yönəldilən maraq və diqqətin indi isə qardaşına yönəldilməsindən qaynaqlanan ən əsas səbəbdir. Qardaşının dünyaya gəlməsi ilə birlikdə ona ayrılan zamanın azalması uşaqda, qardaşa qarşı kimi görünən amma əslində ana və ataya olan qəzəb,nifrət hisslərinin yaranmasına səbəb ola bilər. Uşaq özünü tərk edilmiş,güvənsiz, dəstəksiz hiss etməyə başlayır. Qısqanclıqda rol oynayan səbəblərdən biri də uşaqlar arasında olan yaş fərqidir.Aralarında yaş fərqi az olan qardaş – bacılarda daha çox rast gəlinir.

Əlamətləri nələrdir?

Sevilmədiyi düçüncəsi ilə anadan uzaqlaşır,içinə qapanır,yemək yeməməyə və zəifləməyə başlayır. Kabus gördüklərini, çişlərinin gəldiyini bəhanə edərək bütün marağı öz üzərlərinə çəkməyə çalışırlar. Altını islatmaq, barmağını əmmə kimi dönəmin başlaması görülə bilir. Həm gün içində, həm də gecələri aşırı hirsli olurlar. Rahatsız bir görünüləri vardır, sakitləşməyə çətinlik çəkirlər və ətrafındakı insanlara qəzəbli davranırlar. Qısqanclıq probleminin həlli zamanı valideynlərin qarşısında duran əsas iş uşaqlarda qısqanclıq hissinin ən az səviyyəyə endirilməsidir.Qısqanclığın dərəcəsinin artması və ya azalması təbii ki, valideynlərin onlara göstərilən münasibətindən çox asılıdır.

Tərcümə etdi:Abbasova Əminə (Narınc Könüllü qrupunun üzvü)

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!