Uşaqlıq qorxuları

Uşaqlıq qorxuları çox müxtəlifdir, bunlar uşağın yaşından asılı olaraq deyişir. İlk növbədə, bu qorxuları uşaqlarda çox ciddi problemlər kimi görmemek və yaşanması lazım olan bir müddət kimi mənimsəməkdir. Lakin qorxuların səbəbləri araşdırılmalıdır. 24 aya qədər uşaqlar üçün ayırma narahatlığı (ayrı-ayrı narahatlıq) yaşamaq normaldır və biz uşaqın inkişafı üçün zəruri olduğunu bilməliyik. Uşaq anasına bir müddət ayrıldıqda və anasına qayıtdıqda anasının ölmədiyini və bunun müvəqqəti olduğunu öyrənir. Bu mərhələni uşaqlıq qorxuları prosesində keçmək üçün bir az vaxt tələb oluna bilər. Bu ərafədə, uşağınız arxanızca ağladığı zaman onu arxanızda qoyub gedərkən, özünüzü pis ana və ya ata kimi qiymətləndirməməlisiniz. Unutmayın ki, bunu hər uşağın yaşaması və öyrənməsi lazımdır. 2-3 yaş uşaqlara gəldikdə biraz daha yetkin olurlar, onların qorxuları artıq qaranlıq, yüksək səs, heyvanlar, daha əvvəl heç tanımadığı insanlar və çimməkdir. (Bu ərəfədə ayrılıq narahatlığı davam edə bilər.) Xüsusilə, bu ərəfələrdə uşağı “məni əsəbləşdirərsən çıxıb gedərəm!” deyə qorxutmamaq çox vacibdir. Bu ərəfədə onsuzda uşağın ən böyük qorxusu ana və atanı itirməkdir. Bunun üzərinə gələn bu qədər şiddətli qorxu üsulu çox təsirli olmaqla bərabər və irəlidə bağlanmayacaq problemlər aça bilər.

Uşaqlıq qorxularının səbəbləri:

Qorxu istifadə olunmayan ailələrin uşaqlarında da qorxu ola bilər. Məsələn, “Sən edə bilməzsən! Mən sənin yerinə edərəm deyib uşağı qorumaq məqsədi ilə davranan ana və ataların uşaqları özlərinə güvənməzlər. İrəlidə ana və atalarının olmadığı mühitdə, bacarıqları qeyri-adekvatdır, hər şeydən qorxur və özlərini qoruya bilmirlər. Əlbəttə, uşaqlar müəyyən dərəcədə qorunub saxlanılmalıdırlar, amma onların dərəcəsini yaxşı tənzimləmək lazımdır. 4-5 yaş uşaqlarda ana və atanı itirmək qorxusundan əlavə, yıxılmaq və bədənin zərər görməsi (real təhlükələrdən qorxmağa başlayarlar bir itin hücum etməsi, bir yerdən yıxılmaq və s.) qarşılaşan qorxular içərisindədir. 6 yaşlı uşaqlar indi daha çox intellektual səviyyəyə gəlmiş və bu ölçülərdə qorxuları dəyişmişdir. Artıq onların qorxularını həll etmək bacarığını inkişaf etdirməyə imkan vermək üçün biraz dəstəklənmələri lazımdır. Beləliklə, gələcəkdə qarşılaşa biləcək təhlükələrdən özlərini müdafiə edə bilərlər.

Gecə qorxuları:

Məktəbəqədər yaş dövrü uşaqlarda tez-tez görülən qorxulardan biridir. Uşaq qorxduğunu söylüyərək ana və atalarının yanına gedərək onlarla yatmaq istəyər. Bunun səbəbi ərköyünlük və ya ciddi bir problemin nəticəsi ola bilər. Məsələn, Ana və atanın dalaşdığını görən uşaq (ata anaya qşqırmış və ya şiddət göstərmiş ola bilir) ananı itirmək qorxusu səbəbi ilə yata bilməz. Oyaq qalaraq və anasının yanında qalaraq onun getməsinə özlüyündə əngəl olmaqdadır. Ananın bir müddət evi tərk etməsi kimi bir hadisəni yaşadıqdan sonra evə geri gəldiğində eyni itirmək qorxusu davam edəcəkdir. Ana və ata arasında “ Belə davranarsan çıxıb gedərəm!” və buna bənzər təhditlər uşağa çox təsir edir. Son olaraq məsləhətimiz, uşağınızın qorxularını öyrənməyi və onlara müvafiq davranmanızı məsləhət görürük.

Tərcümə etdi:Abbasova Əminə (Narınc Könüllü qrupunun üzvü)

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!