Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

Uşaqlarda süfrə mədəniyyətinin formalaşdırılması

Əgər övladınız südü sevmir, yoqurt yeyirsə, çox deyil az yeyirsə, hər hansi yeməyi sevir hansınısa sevmirsə uşaqlarınıza özünün bildiyi kimi hərəkət etməyə imkan yaradın.
Yemək yeməyi böyüdüb problem halına gətirən çox zaman uşaqlar deyil, valideynlər özləri olurlar.
Təbii olaraq uşaqlar 1 yaşında yeməklərini özləri yeməyə həvəsli olurlar, 3 yaşlarında isə özləri yemek yemə bacarığına sahib olurlar. 2-5 yaş aralığında isə uşaqlar daha çox sevdikləri yeməkləri daha üstün tuturlar. Bu zaman onlar yeməklərə daha seçici yanaşırlar. Burada ən önəmli situasiya bütün bunların uşaqların inkişafına çox böyük təsir göstərməsidir. Bu zaman valideynlər unutmamalıdırlar ki, yemək yemə və ya yeməmə mövzusu evdə nə qədər çox gündəmdə olarsa bundan uşaqlar valideynlərini idarə etmək və ya istədikləri marağı öz üzərilərinə çəkmək üçün istifadə edə bilərlər.Və əgər buna nail olarlarsa, bu zaman vəziyyəti idarə etmək daha da çətinləşər. Ona görə də bu cür movzular gündəm halına gətirilməməlidir.
Bəzi uşaqlar valideyn mükəmməlliyətçiliyi və ya keçirdiyi hər hansı ağır xəstəlik nəticəsində yedikləri yeməklərə qarşı daha diqqərli ola bilərlər. Bəzən isə valideynlər uşağın yetərincə yemək yeməməsindən şikayətlənirlər. Lakin şikayətlər əsasında aparılmış araşdırmalar göstərir ki, valideynlərin iştahasız olaraq “damğaladığı” bu uşaqlar nə çəki, nə də boy cəhətdən həmyaşıdlarından heç də geri qalmırlar. Odur ki, icazə verin nə qədər yeyəcəyinə övladınız özü qərar versin.
Övladlarına süfrə mədəniyyətini düzgün şəkildə təhlil etmək üçün valideynlər bəzi məqamlara xüsusi fikir verməlidirlər. Övladınızın masada olan yeməklərdən nə qədər yemək istədiyinə qərar verməsinə və boşqabına özünün yemək çəkməsinə icazə verin. Əgər istərsə bir qaşıq daha alıb almıyacağı seçiminin öz əlində olması onun özgüvənini atrıracaqdır. Övladınızla yemək yemə mövzusunda münahisələr etməmək üçün məhdud variantlardan istifadə edə bilərsiniz.
Valideyn olaraq öhtəliyiniz olan şey övladlarınızın sağlam qidalardan istifadə etməsini erken yaşlarından lazımi sağlam qidalarla tanış olmasını təmin etməkdir. Ancaq burada bir nüansa diqqət yetirmək lazımdır: övladınızın ağız dadına, yemək seçminə hörmətlə yanaşmağı bacarın. Ən önəmlisi əgər uşaq ac deyilse, onu yemək yeməyə məcbur etməyin. Eyni zamanda sonra, məsələn, şirniyyat verəcəyinizi mükafat olaraq istifadə etməyin. Bu zaman uşaq yemək yeməyin mənfi bir hal olduğunu düşünə bilər. Çünki mükafat çətin və ya xoşlamadığımız bir işi gördükden sonra qazanılır.
İlk dəfə dadacağı yeməkləri yedizdirərkən yaradıcı və səbrli olmağa çalışın. Uşağın yeni yeməyə toxunmasına, qoxlamasına şərait yaradın. Onda yeməyə qarşı maraq yaratmaq üçün birlikde yeməyi pişirə, yeni yeməyin necə hazırlanmasında fikirlərini soruşa bilərsiniz. Eyni zamanda yeni dadı övladınızın sevdiyi bir dad ilə birlikde təqdim etmək daha məqsədəuyğun olar. Övladınızla birlikdə market alış-verişinə getməyiniz, sonra onunla birlikdə yemək hazırlamağınız, ünsiyyətdə olmağınız uşaqda həm yeməyə qarşı həvəs oyadar, həm də aranızda daha möhkəm bağların yaranmasına səsəb olar.
Unutmayın ki, sağlam qidalanma vərdişləri qisa bir müddətdə formalaşa bilməz. Ona görə də kiçik dəyişikliklər edərək uzun müddət səy göstərmək lazımdır. Etdiyiniz bu dəyişmələr övladınızın yetkinlik dövründə də davam edə bilər. Bununla bərabər, övladınızın bir çox mövzuda sizi ideal gördüyünü nəzərə alaraq, fərqli yeməklərdən istifadə edin, sağlam və nizamlı bəslənmə vərdişlərinizə diqqət edin.
Əgər uşağınızın qidalanma nizamının sağlamlığı və inkişafına ciddi mənfi təsir etdiyini görürsünüzsə, mütləq şəkildə pediatra müraciət edin. Əgər övladınız hələ də yemək problemi yaşıyırsa, uşaq psixoloqu ilə görüşməyiniz daha doğru olar.
Səmədova Sərfin
Bakı Qızlar Universiteti,Sosial Psixologiya fakultəsi
dushunce.az

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!