UŞAQLARIN İNKİŞAFI İLƏ BAĞLI MARAQLI MƏLUMATLAR

UŞAQLARIN İNKİŞAFI İLƏ BAĞLI MARAQLI MƏLUMATLAR

Yeni uşaq sahibi olmuş analar sıx-sıx uşaqlarının sürətli inkişafı qarşısında nə qədər çaşdıqlarını dilə gətirirlər. Həqiqətən də uşağın həyatının ilk 3 ili, insan beyninin zehni inkişafının ən sürətli olduğu mərhələdir.
Bu yazıda, qısaca sizlərə uşaqların inkişafı ilə əlaqədar 10 vacib məlumatı paylaşacağıq.
Çox maraqlıdır əslində fərdin zehni inkişafının ən sürətli olduğu mərhələdə, uşaqları bu mövzuda ən az məlumatlandırılmış və az öyrədilmiş insanlara,dayələrə təslim edirik.Amma uşaq böyüdükcə, məktəbə getdikcə xüsusilə isə universitet zamanında, məlumatlı insanlara əmanət edilir. Uşaq inkişafına baxdığımızda əslində bunun tam tərsi olması lazımdır.
Əgər uşaqların bədəni 1 aylığındakı inkişaf mərhələsində, beyinləri qədər sürətli böyüsəydi, 1 ayın sonunda uşaqlar ortalama 77 kq olarlardı.
Uşağın xərclədiyi enerjinin 60%-i beyində toplanır.
Uşağın 0-3 yaş arasındakı beyin inkişafı, bütün insan həyatındakı beyin inkişafının ən sürətlisidir.
Ana-atasının sıx-sıx danışdırdığı uşaqlar, 2 yaşına gəldiklərində, ana-atası nadir hallarda danışan uşaqlara görə ortalama 300 kəlmə daha çox bilərlər.
Bir uşaq 1 yaşına basdığında, ortalama 70 kəlməni başa düşərlər, ancaq bunlardan sadəcə 1 neçəsini dilə gətirə bilər. Uşaq 18 aya gəldikdə isə, söz bazası genişlənər. Bu yaşdakı 1 uşaq hər 2 saatdan bir söz bazasına yeni 1 söz əlavə edər.
Uşağınız 1 oyun qrupunda oynayarkən, öz oyuncağına “ Bu mənimdir! ” deyə qucaqlayırsa, bunu pis və eqoist xasiyyət olaraq dəyərləndirməyin. Əksinə, bu yaşdakı uşaqların idrak inkişafının 1 parçası olaraq, özlərini və başqalarını ayrı olaraq görməyə başlayarlar və bu səbəbdən özlərinə aid olan əşyaları işarələmək istəyərlər.
Uşaq doğulduğunda 300 ədəd ayrı sümüyü vardır, ancaq yetişkənliyə çatdığında bu say 206-ya enər.
Mahnı öyrənməyi sürətləndirər və uşaq zehnində sakitləşdirici təsiri vardır.
Bir uşaq 6 aya qədər eyni anda həm udub, həm də nəfəs ala bilir.
4 yaşındakı 1 uşaq gündə ortalama 437 sual verər. Uşağınız sual verirsə ona “ Biləcəksən də nə olacaq! ” kimi bir cavab verib uşağınızın marağını kiçik yaşda boğmayın. Əgər sizə cavabını bilmədiyiniz suallar verirsə birlikdə araşdırın, cavabını vermək istəmədiyiniz suallar verirsə, özünüzə “ Niyə görə bunu açıqlamaq istəmirəm?”deyə soruşun. Maraq insan olmanın əsas şərtidir. Sual verən uşaq kəşfə çıxmışdır. Uşağınızın kəşflərini yarı yolda kəsməyin.
Mütəxəssis. Klinik Psixoloq. Ayşə Canan Altındaş.
Qaynaq. FirstTimeMomAndDad.
TƏRCÜMƏ ETDİ: ŞƏBNƏM CƏLİLOVA
dushunce.az

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!