13-15 İyun 2022-ci il tarixində İstanbul Kültür Universitetində Keçirilən 23-Cü Beynəlxalq “Psixoloji Məsləhət Və Rəhbərlik Konfransı”-Nda Psixologiya Elmi-Tədqiqat İnstitutunun Sədri Elnur Rüstəmov Və Narınc Psixologiya Mərkəzinin Təsisçi Rəhbəri, Psixologiya Elmi-Tədqiqat İnstitutunun Kiçik Elmi Işçisi, Klinik Psixoloq Narınc Rüstəmova Azərbaycanı Təmsil Etmişdir.

Türkiyədə Türk Psikolojik Danışma ve Rehberlik Derneği və İstanbul Kültür Üniversitesi’nin birgə əməkdaşlığı ilə 23-cü “Uluslararası Psikolojik Danışma ve Rehberlik Kongresi” həyata keçirilmişdir. Uluslararası Psikolojik Danışma ve Rehberlik Kongresi’nin əsas mövzusu “Sürdürülebilir Kalkınma İçin Psikolojik Danışma ve Rehberlik” olmuşdur. Kongresdə “Sürdürülebilir Kalkınma İçin Psikolojik Danışma ve Rehberlik” əsas mövzusu ilə yanaşı ”okul psikolojik danışmanlığı”, “psikolojik danışma uygulaması ve süpervizyonu”, “psikolojik danışman eğitiminde akreditasyon”, “kariyer psikolojik danışmanlığı”, “aile, evlilik ve çift psikolojik danışmanlığı”, “rehabilitasyon psikolojik danışmanlığı”, “bağımlılık psikolojik danışmanlığı”, “zorlayıcı yaşam olaylarında psikolojik danışma ve rehberlik”, “gelişimsel ve önleyici ruh sağlığı psikolojik danışmanlığı” və “klinik ve ruh sağlığı psikolojik danışmanlığı” kimi mövzulara da yer verilmişdir.

Konfransda: PDR İstanbul Şube Başkanı, Yıldız Teknik Üniversitesi Eğitim Fakültesi Dekanı Prof. Dr. Mehmet Engin DENİZ, EĞİTİM GÜCÜ SEN -Eğitim ve Bilim Gücü Dayanışma Sendikası Genel Başkanı – Türk Psikolojik Danışma ve Rehberlik Derneği Genel Başkanı Oğuz ÖZAT, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov və Narınc Psixologiya Mərkəzinin təsisçi rəhbəri, Psixologiya Elmi-Tədqiqat İnstitutunun kiçik elmi işçisi, klinik psixoloq Narınc Rüstəmova iştirak etmişdir.

Azərbaycanı təmsil edən Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov və Narınc Psixologiya Mərkəzinin təsisçi rəhbəri, Psixologiya Elmi-Tədqiqat İnstitutunun kiçik elmi işçisi, klinik psixoloq Narınc Rüstəmova aparılmış iki elmi tədqiqatı təqdim etmişlər.

Klinik psixoloq Narınc Rüstəmova 247 autizmdən əziyyət çəkən uşaqlar və ailələr üzərində “Otizm Spektrum Bozukluğunda Erken Tanı ve Özel Eğitimin Önemi”dən, Elnur Rüstəmov isə Psixoloq Mətanət Əliyeva ilə birlikdə apardığı tədqiqatı “Naqatif (Öyküsel) Terapi Temelli Grupla Psikolojik Danışma Uygulamasının Ergenlerde Benlik Saygısı Üzerindeki Etkisi”dən danışıb.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!