Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

Neurofeedback  aparatının Autizmli uşaqlara təsiri

 Neurofeedback nədir?

Neurofeedback şəxsin öz beyin dalğalarını dəyişdirməsinə köməkçi olan bir öyrənmə  vasitəsidir. Neurofeedback texnikası yeni deyil. Hər şey 1950-ci illərin sonu və 1960-cı illərin əvvəllərində Joe Kamiya  və Barry Sterman tətəfindən başlandı.Neurofeedback ilə terapiya ilk dəfə epilepsiyalı şəxslər üzərində  tutmaları 60% endirmək üçün istifadə edilirdi.

Neurofeedback aparatını fərqləndirən və üstün tutan cəhətlərindən ən əsası onun qalıcı təsir göstərməsi ve asılılıq yaratmamasıdır.Əksərən insanlar ,stress,depresiya,təşviş həyəcan,migren ,yuxusuzluq kimi problemlər zamanı dərhal dərman müalicəsinə qaçırlar ki, bu da onlarda asılılıq yaradır ,dərmandan istifadə vərdiş halına çevrilir və müəyyən vaxta qədər öz təsirini saxlayır. Neyrofeedback aparatı isə bunun tam əksinə qalıcı və asılılıq yaratmadan öz təsirini göstərir.

Neurofeedback aparatı necə istifadə olunur?


Bu rahat daşınıla bilən kiçik aparat texniki olaraq şəxsin başına yerləşdirilən elektrodlar vasitəsi ilə kompuyuterə bağlanılır. Elektrodlar isə beyindən gələn  elektrik parametirlərini  ölçür və ekrana yansıdır. Ekrana yansıyan feedback sayəsində biz aldığımız alfa,beta  dalğalarını yuxarıdırsa endiririk və ya ,əksinə , aşağıdırsa qaldırırıq yəni beyin dalğalarını  nizamlayırıq.
Neurofeedbackla bağlı verilən suallardan ən çox soruşulanı beyinə elektrodlardan elektrik gedib getməməsidir.Heç bir halda beyinə elektrik ötürülmür ,neurofeedback aparatında belə bir mexanizm yoxdur.Bunun nəticəsidir ki,neurofeedback aparatı  tam təhlükəsiz vasitədir və heç bir əks təsiri yoxdur. 
Neurofeedback seansları nə qədər davam etməlidir?
Neurofeedback seansları 40-45 dəqiqə çəkir ,minimal olaraq 15 seans götürülməlidir. Biz artıq 15 -20 seansdan sonra pasientin ilkin gəldiyi vaxtdakı vəziyyətindən olan fərqi haqda danışa bilərik.
Neurofeedback özəlliklə hiperaktivlik və diqqet  əksikliyi olan pasientlərdə çox effektiv təsir göstərir.Bununla yanaşı keçirilən psixoloqopedik seanslar pasientlərin qavrama,anlama,analiz qabiliyyətlərini artırdığı halda  ,psixoemosional seanslar da təşviş-həyəcan,panik atak,migren (kəskin baş ağrıları)yuxusuzluq ,hiperaktivlik,daima gərgin olma halı və OKB ,maddə asılılığı ,depresiya,stres ,autizm  kimi problemlərdə çox yaxşı effekt göstərir.
Neurofeedback aparatın təkcə sadaladığım problemlərdə deyil hətta yüksək indeksi olan autizmli uşaqlarda istifadə edilir.
Autizm nədir?
Autizm erkən uşaqlıq dövründə ən çox rast gəlinən ciddi xəstəliklərdən biridir. Simptomları bəzən çox erkən yaşlarda müşahidə olunur (məsələn, 8 aylıq), lakin əksər hallarda 18-30 ay arasında da aşkar edilir. Bu hala daha çox oğlanlarda rast gəlinir.

Autizm zamanı problemlər əsasən üç sahədə olur:

• sosial qarşılıqlı əlaqədə keyfiyyət pozğunluğu,

• şifahi və şifahi olmayan ünsiyyət, oyun fəaliyyətindəki pozğunluq,

• məhdud maraq və fəaliyyət ,təkrarlanan hərəkətlər.

Autizm spektr pozuntuları hansılardır.

• Autizm

• Asperger sindromu

• Rett sindromu

• Uşaqlıq dezinteqrativ pozuntusu

• Atipik autizm
Autizmin yaranma səbəbi nədir?

Hal-hazırda autizmin yaranma səbəbinin nə olduğu elmə məlum deyildir. Autizmin əlamətlərinin və dərəcəsinin uşaqdan-uşağa fərqli olması onun səbəbinin də birdən çox olduğunu göstərir. Elmi tədqiqatlar bir çox genin ayrılıqda autizmə səbəb ola biləcəyini və hələ dəqiqləşdirilməyən ətraf mühit faktorlarının da səbəblər arasında olacağını göstərir.
Uşaqda autizmin əlamətləri:

 ∙ Göz təması məhduddur və ya yoxdur.
∙ Ətrafa laqeyddir.
∙ Adına reaksiya vermir.
∙ Çox hərəkətli və ya hərəkətsiz olur.
∙ Bəzi uşaqlar fiziki təmasa (öpmək, qucaqlamaq və s.) icazə vermir, ya da xoşu gəlmir.
∙ Əksər hallarda insanlara deyil, cansız varlıqlara meyilli olur.
∙ Sosial və psixoloji baxımdan özünü təcrid edir.
∙ İstədiyi şeyi barmağı ilə göstərmir.
∙ Oyuncaqlarla oynamağı bacarmır.
∙ Yaşıdlarının oynadığı oyunlara maraq göstərmir.
∙ Bəzi sözləri təkrar-təkrar və yersiz söyləyir.
∙ Nitq inkişafı cəhətdən yaşıdlarından geridə qalır.
∙ Gözləri bir səmtə zillənib qalır.
∙ Bəziləri çox inadcıldırlar.
∙ Yemək yemə problemləri olur.
∙ Müəyyən əşyalara lazımsız yerə bağlanır.
∙ Səbəbsiz yerə stresli və məyus olur.
Neurofeedback seansları autizmli uşaqlara necə təsir göstərir?
Əksər hallarda autizmli uşaqlarda həddən çox hərəkətlilik müşahidə olunur və biz ilk öncə uşağın hərəkətliliyi üzərində işləyirik, onun yüksək dalğalarını endirərək hərəkətliliyini azaldırıq və seansda daha sakit, tam adaptasiya olmuş şəkildə oturmasına şərait yaradırıq. Uşağın hiperaktivliyini və həyəcan
-təşvişini endirdikdən sonra onun diqqəti ilə, anlama, qavrama və analiz qabiliyyəti ilə  işləməyə keçirik. Uşağın hiperaktivliyi ilə həmçinin  diqqət seansları ilə işləyərək onun diqqətini artıraraq,  uşağın psixoloq və loqoped seanslarında  daha sakit oturmasına və seansların daha uğurlu keçməsinə şərait yaradırıq.
Psixoloq və loqoped seansları ilə yanaşı gedən neurofeedback seansları nəticəsində siz uşağınızda daha tez nəticə görə bilərsiniz.Ona görə də, neurofeedback seansları digər seanslarla yanaşı getməlidir və seanslar arasında qəti şəkildə ara vermək olmaz. Neurofeedback seansları ara verilmədən keçirilməsi zərruridir.

Narınc Psixologiya Mərkəzi Gənclik filialının Neurofeedback üzrə mütəxəssisi Selcan Əlipaşayeva.










MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!