Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

“Xəzər TV”-in 15 Yaşını qeyd etdik

Azərbaycanın televiziya məkanında özünəməxsus və xüsusi  yeri olan “Xəzər TV” 15 yaşını qeyd etdi. 2007-ci il oktyabrın 5-də fəaliyyətə başlayan “Xəzər TV”də bu müddət ərzində operativ xəbər buraxılışları, analitik, musiqili, əyləncəli, sənədli verilişlər, ictimai-siyasi-sosial proqramlar yayımlanıb.
Fəaliyyətə başladığı gündən hər gün keçdikcə daha da inkişaf edən Xəzər Tv öz fərqliliyi hər izləyicinin könlündə taxt qurmağı bacarmışdır.

05.10.2022-ci il Tarixində Lalə Azərtacın təqdimatında keçirilən “Təsir Dairəsi” proqramında Narınc Psixologiya Mərkəzinin təsisçi rəhbəri, klinik psixoloq Narınc Rüstəmova ilə birlikdə Xəzər Tv-in yubileyini qeyd etdi. Uzun illərdir birlikdə əməkdaşlıq edərək neçə ailələrə, uşaqlara öz köməyimizi göstərdik. Bizə hər zaman dəstək olan Xəzər TV artıq ailəmizə çevrilib. Narınc Psixologiya Mərkəzi olaraq Xəzər ailəsinin üzvü kimi öz növbəmizdə “Xəzər TV”-ni təbrik edirik. Gələcək işlərində hər zaman uğurlar diləyirik.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!