Klinik Psixoloq Narınc Rüstəmova Halloween Bayramına Münasibəti

“Qorxulu Halloween Bayramı Həqiqətən Qorxuludurmu?” – Klinik Psixoloq Narınc Rüstəmova Halloween Bayramına Öz Münasibətini Bildirdi.

“Əsl dəyəri olmayan emosiyalar və qorxularla oynamaq üsulu

Hər kəs bu bayrama görə çox təlaşlıdır. Bu nə bayramdır belə?! Heç adam da qorxu, cin, şeytan, ölülərlə bayram keçirər mi?! deyə əsəbləşirik. Yaxşı, bəs nə edək?! Övladımıza bu bayramı qeyd etməsinə izin verək mi?! Ziyanları ola bilər mi?! Daha da qorxmaz mı?! Uşaqlara şiddəti aşılamırıq mı?!

Bəli, suallar içində qalan valideynlər üçün bu məqaləni yazmaq qərarına gəldim. İstədim dərindən araşdırıb bir dəfəlik bu naməlumluğa son qoyum. Bəs görək bu bayramın mənfi tərəfləri ilə bərabər müsbət tərəfləri varmı? İlk öncə istəyirəm bu bayramın necə günümüzə gəlib çıxdığını birlikdə araşdıraq. 

 Halloween qədim zamanlardan insanların pis ruhları qorxutmaq və ruhlar tərəfindən tanınmamaq üçün müxtəlif ayinlərlə qeyd etdikləri bayram kimi tanınır. Qədim dövrlərdə insanlar şənliklər üçün tonqal yandırmaqla şər ruhları qorxutduqlarını və ruhların maskalanaraq onları tanımadıqlarını düşünürdülər. Halloween qədim dövrlərdə insanlar üçün qış dövrünün başlanğıcını və yeni ili bildirirdi. Yeniliklər həmişə gözəldir, lakin naməlumluq qeyri-müəyyənlik və qorxu gətirir. Qorxu və qeyri-müəyyənliklərdən qurtulmağın yollarından biri ona müqavimət göstərməkdir.  Hallowenə görə isə bu, qorxularımızdan qurtulmaq, maskalamaq və onlardan qaçmaqdır. Ona görə də Halloween belə rituallarla dolu bir bayram olaraq mövcud olmağa davam edir

  Hər bayram yaxşı əyləncə və vaxt keçirmək üçün bir fürsətdir. Karnavallardakı  kimi fərqli insanları qəbul etmək, maskalar və kostyumlarla fərqli görünüş əldə etmək istəyi mifologiyadan bəri mövcuddur. Rəngarəng kostyumlar, maskalar, aksesuarlar normal qəbul edilməlidir. Uşaqlar birlikdə bayram qeyd edərkən, cəmiyyətin bir hissəsi kimi bütövlükdə paylaşmağı öyrənirlər. Bu bayram uşaqlar üçün əyləncəli bir gündür. Fərqli geyimlər geyinmək, obrazlara bürünmək özlərini fərqli bir rolda və vəziyyətdə görməyə imkan verir. Halloween bayramını qeyd etmək xüsusilə internet əsrində çox önəmlidir. Burda əsas olan geyimlərdə, maskalarda, qorxu və cadugərlər aləmində sərhədi müəyyən etməkdir.

Kabuslar, cinlər, vampirlər, zombilər, pis ruhlar, pərilər, cadugərlər və s. Bəs niyə biz insanlıq olaraq, Halloween bayramında bizi mənfi davranışlara və qorxu kimi bir çox mənfi duyğulara sövq edəcək şeylərin arxasınca gedirik?

QORXULARDAN HƏZZ ALMAQ

Əslində, Halloween bayramında qorxularla üzləşmək və qorxmadan əylənmək qorxu filmlərinə bənzər bir təcrübədir. Qorxu filmlərinə baxarkən həm qorxuruq, həm də maraqla izləməyə davam edirik elə deyilmi?! Bir sözlə, qorxu hissinin xoş tərəfi var. Qorxudan həzz almaq əslində şəxsiyyət xüsusiyyətini əks etdirir. Bir çox insanlar fəaliyyətlərində həyəcan axtaran bir quruluşa sahibdirlər.

EMOSİYAYA NƏZARƏT

Başqaları ilə asanlıqla empatiya qura bilən insanlar qorxu ilə əlaqəli səhnələrə baxarkən özlərini sağ qalanların yerinə qoymağa meylli olduqları üçün qorxu filmlərinə və ya qorxu ilə yaşanan təcrübələrə üstünlük vermirlər.

Halloween kostyumları çox məşhur personajların paltarları və ya qorxulu canlılar ola bilir. Kostyuma uyğun makiyaj hazırlanır və ya maskalar taxılır. Makiyajlar, maskalar və kostyumlar da insanlara anonimlik verdiyi üçün bu həm böyüklərdə, həm də uşaqlarda mənfi davranışlar da yarada bilər. Heçmi müsbət təsiri yoxdur?

RAHATLAŞDIRICI  EFFEKT

 İnsanların  büründükləri obrazlarla mənlik hissindən müvəqqəti uzaqlaşmaları onlarda psixoloji rahatlıq yaradır.Belə ki, özümüzə xas bir görünüşə sahib olmaq əslində kimliyimizin bir hissəsidir. Buna görə də davranışımızda da özümüzə uyğun və uyğun olmayan standartlar var. Bizi heç kim tanımırsa və bir kostyumun arxasında gizlənəndə, əslində bu Bizdə mənlik hissini kənara qoyma duyğusu yaradır. Halloween həm də bizə geyinə bilmədiklərimizi geyinmək imkan verir. Halloween bizim üçün psixoloji cəhətdən bu baxımdan yaxşıdır, desək yanılmarıq, çünki hər zaman sosial olaraq qəbul olunmaq və mühakimə olunmadan istədiyimiz kimi geyinmək istədiyimiz bir şeydir!

QORXUMUZLA ƏYLƏNMƏK

Qorxduğu əşyalara və ya elementlərə əyləncə məqsədi ilə yaxınlaşmaq, onlarla lağ etmək uşaqların qorxularına qalib gəlməsinə, təxəyyül və yaradıcılığının inkişafına zəmin yaradır.

QORXULARIMIZLA ÜZLƏŞMƏK

 Uşaqların Halloween bayramında büründükləri qorxulu obrazlar onları qorxularıyla üzləşdirir. Ayıbladıqları və qorxduqları hadisələrin olduğunu kəşf edirlər. Halloween-də ortaya çıxan qorxulara nəzər salsaq əslində o anda təhlükə yaratmayan qorxuların kostyum və maskalarla ifadə edilməsindən danışa bilərik. Məlum olduğu kimi, Psixologiya Elmində bir üsul var: “İZAHAT”. Bu üsul, mövcud olan qorxumuzla üzləşərək məruz qalma və neytrallaşdırmağa yönəlmişdir. Bir növ, qorxunu simulyasiya edərək- onu yenidən canlandırıb təhlükəsizlik duyğumuza əsaslanan qorxumuzla barışırıq!

Qorxuları tabu etməkdənsə, bayramın bir hissəsinə çevirərək tərifləmək və ifşa etməklə əyləncəli müalicəvi effekt yaratmaq  daha məntiqli olar. Əyləncəli fəaliyyətlərlə tabu halına gələn qorxular üçün sosial sərhədləri və ənənələri qırmaq, bu qorxuları ciddi qəbul etmədiyimizi göstərmək bizim üçün faydalıdır.

Beləliklə, Halloween vasitəsilə qorxularımızı ələ salmaq üçün oktyabrın 31-nə qədər gözləməli deyilik. Gündəlik həyatımızda bunu edə biləcəyimiz vəziyyəti yaradaraq qorxularımızı simulyasiya edə və onlarla barışa bilərik. Halloween-in müalicəvi təsirini həyatımıza gətirməklə özümüz üçün yaxşı bir addım ata bilərik!

Amerika Beynəlxalq Nevrorequlyasiya və Tədqiqatlar Dərnəyinin rəsmi təmsilçəsi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi , klinik psixoloq Narınc Rüstəmova

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!