Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

Çocuk Gelişimi ve Psikolojisi İxtisasartırma təhsilinin ilk dərsi

Çocuk Gelişimi ve Psikolojisi İxtisasartırma təhsilinin ilk dərsi baş tutmuşdur

06.11.2022-ci il tarixində Türkiyənin Yıldız Teknik Üniversitesi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən Çocuk Gelişimi ve Psikolojisi İxtisasartırma təhsilinin (#ÇocukGelişimivePsikolojisi #ixtisasartırma) İLK dərsi Psixologiya Elmi-Tədqiqat İnstitutunda baş tutmuşdur.

Kursun açılışında Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, Phd Elnur Rüstəmov, Yıldız Teknik Universitetinin dekanı Mehmet Engin Deniz, Peşəkar Psixologiya Mərkəzinin direktoru, Klinik psixoloq Nuriyyə Quliyeva və Narınc Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq Narınc Rüstəmova iştirak etdilər. Mütəxəssislərin hər biri kursun əhəmiyyətindən danışıb, kurs iştirakçılarına Azərbaycanın ilk “Çocuk gelişim ve Psikoloji” İxtisasartırma təhsilinin iştirakçıları olmağını vurğuladılar.

İlk dərs Doç.Dr.Seydi Ahmet Satıcının təqdimatında keçirilmişdir.

Doç.Dr.Seydi Ahmet Satıcı •Orta çocuklukta ve Ergenlikte gelişim; •Çocuklarda ve Ergenlerde Bağımlılık; •Çocuklarda öz-disiplin mövzularında iştirakçılarla öz zəngin bilik və bacarıqlarını bölüşmüş, eyni zamanda iştirakçılarla müzakirələr aparmış və fikirlərini dinləmişdir.

Onu da qeyd edək ki, ümumilikdə proqram 162 saat-72 saat canlı, 90 saat online nəzərdə tutulmuşdur.

Qeydiyyatdan keçmək üçün 055 294 27 00 (Mobil/What`s App) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!