Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

Məktəb Psixoloqlarının Peşəkar Təkmilləşdirilməsi Proqramı

“Məktəb Psixoloqlarının Peşəkar Təkmilləşdirilməsi Proqramı”nın iştirakçıları təlimi uğurla başa vurdular

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun və Türk PDR derneğinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Məktəb psixoloqlarının ixtisasartırma və təkmilləşdirmə təlimi” başa çatmışdır.

İştirakçılara sertifikatların təqdim edilmə mərasimi 06.11.2022-ci il tarixində, Psixologiya Elmi-Tədqiqat İnstitutunda keçirilmişdir. Təqdimatda Türkiyənin Yıldız Teknik Üniversitesinin Eğitim Fakültesi dekanı Prof.Dr.Mehmet Engin Deniz, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri PhD Elnur Rüstəmov, Yıldız Teknik Üniversitesinin Dosenti.Dr.Seydi Ahmet Satıcı və Psixologiya Elmi-Tədqiqat İnstitutunun Yaş və İnkişaf psixologiyası şöbəsinin kiçik elmi işçisi, Narınc Psixologiya Mərkəzinin təsisçi rəhbəri, klinik psixoloq Narınc Rüstəmova çıxış etmiş, Məktəb psixoloqlarını “Məktəb Psixoloqlarının Peşəkar Təkmilləşdirilməsi Proqramı” təlimini uğurla başa vurmaqları münasibətilə təbrik etmiş və onlara sertifikatlarını təqdim etmişlər.

Məktəb Psixoloqlarına fəaliyyətlərində uğurlar arzu edirik!

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!