3 yaşdan yuxarı uşaqlara hansı oyuncaqlar almaq lazımdır?

“3 yaşdan yuxarı uşaqlara hansı oyuncaqlar almaq lazımdır?”

Valideynləri düşündürən mövzulardan biri də 3-6 yaş arasındakı uşaqlara oyuncaq seçilməsi məsələsidir. Bununla bağlı psixoloqlara mütəmadi olaraq müxtəlif suallar ünvanlayırlar: “Ona hansı oyuncaqları alım ki, bu onun marağını cəlb etsin və elektronik vasitələrdən, telefondan, televizordan uzaqlaşsın.”

Ümumiyyətlə, uşaqlarda 2 yaşa qədər aparıcı fəaliyyəti emosional ünsiyyətdir. Yəni, həmyaşıdları və ailəsi ilə daha çox vaxt keçirməyə önəm verirlər. Artıq oynaqcaqlarla tanış olduqdan və maraqlarını cəlb etdikdən sonra oyunlara, oyuncaqlarla oynamağa daha çox vaxt sərf etməyə başlayırlar.Yaxşı olar ki, bu zaman valideynlər də övladlarına vaxt ayırıb oyun saatı təşkil etsin və ya  zamandan aslı olmayaraq uşaqlarla birlikdə oynamağa çalışsınlar. Valideyləri ilə birlikdə oynamaq, vaxt keçirmək, əylənmək uşaqların istər fərdi, istərsə də psixoloji inkişafına müsbət təsir göstərir.

3 yaşına qədər oyuncaqlarla bu tərzdə oynayır.Artıq, bu yaş dönəmindən etibarən uşaqlarda cinsiyyəti tanımlayan oyncaqlara üstünlük vermək olar. Bu oyuncaqlar uşaqların cinsi inkişafında, cinsi kimliyinin formalaşmasında faydalı təsirləri vardır. Uşaqlar bu zaman bədən üzvlərinə maraq göstərir, onların funksiyalarını öyrənmək istəyirlər. Valideynlər bu zaman yaxşı olar ki, onları ayıblamadan, məzəmmət etmədən insan fiqurları olan oyuncaqlar alsınlar. Hətta, həmin oyuncaqlardan rollu oyunlar hazırlayıb uşaqlarla birlikdə oynamaq da olar. Belə sosial mühütin valideyn tərəfindən yaradılması, həm də, uşaqların oyun bacarıqlarının inkişafına müsbət mənada təsir edir.

Uşaqların sosiallaşmasında əsas ünsürlərdən biri, sözsüz ki, bağçadır. Valideynlər çalışmalıdılar ki, uşaqların bağça yaşı çatdıqda onları bağçaya yönləndirsin. Belə olduqda həm onların öz yaşıdları ilə oynama bacarığı formalaşır, həm də gələcəkdə məktəbə adaptasiya olmaqda çətinliklə üzləşmirlər.

Qeyd etmək lazımdır ki, 3 yaş eyni zamanda eqosentrik dönəm hesab olunur, yəni uşaqlar bu zaman hər şeyin, dünyanın mərkəzin özlərini görürlər və əlavə diqqət tələb edirlər. Bu zaman valideynlər onlara kobud davranmamalı və social bacarıqlarının formalaşmasında onlara yardımçı olmalıdır.

Uşaqlar üçün hər şey oyundur, oyuncaqdır, belə ki, onlar müəyyən yaşa qədər ətraflarındakı demək olar ki, hər bir şeyi bu formada dərk edir. Ona görə də, valideynlər istər oyun, istərsə də oyuncaq seçərkən diqqətli olmalıdırlar.

Amerika Beynəlxalq  Nevrorequlyasiya və tədqiqatlar  Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, uzman- klinik psixoloq Narınc Rüstəmova

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!