Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

Uşaq tərbiyəsində qızıl qaydalar

“Uşaq tərbiyəsində qızıl qaydalar”

Təbiidir ki, hər bir valideynin öz tərbiyə üsulu, övladına yanaşma şəkli vardır. Ancaq psixologiyada, xüsusən valideyn-övlad münasibətlərində, uşaqların tərbiyəsində ümumi qəbul edilmiş bir neçə qaydalar vardır. İlk öncə onu vurğulamaq lazımdır ki, övladına nümunə elə valideynlərin özləridir. Uşaqlar nəyisə sözlərlərlə deyil, görərək öyrənirlər. Sözlərlərlə nələrisə öyrənmək, onlarda ümumi 3%-i təşkil edirsə, bu davranışlarda 58% göstəriciyə qədər yüksələ bilir. Ona görə də uşağa nəyisə öyrədəndə və ya izah edəndə ilk öncə valideyn onun özündə olub-oomamasına diqqət etməlidir. Digər bir qayda ondan ibarətdir ki, validynlər övladlarını hərhansı hərəkətinin və ya verilən tapşırığın yerinə yetirilməsindən aslı olaraq mükafat verməkdən, şərt qoymaqdan çəkinməlidirlər. Məsələn: dərslərini gec edən uşağa valideynlər bildirir ki, dərslərini vaxtında et bitir səni sevdiyin əyləncə parkına aparaq ya da yeməyinin hamısını bitir cizgi filminə 20 dəqiqə də artıq baxmağına icazə verək və s. bunlar doğru yanaşma üsulu deyil. Zamanla artıq övlad özü də valideynlərə şərtlər qoymağa başlayacaqdır. Məsələn: tapşırıqlarımı yerinə yetirdim xoşladığım şirnilərdən al gətir mənə və s. kimi fikirlər, şərtlər səsləndirməyə başlayacaq və zamanla bu daha da artacaqdır. Bu həm də, onlarda mükafatlara həvəsi artıracaq və bir müddət sonra nələrisə ancaq mükafatlanmaq və tərif eşitmək üçün etməyə başlayacaqlar.

Növbəti  qızıl qaydalardan biri də, övladınıza dediyiniz sözləri, fikirləri doğru şəkildə ifadə etmək vacibdir. Fikirləri onun anlayacağı tərzdə və pozitiv yöndən izah etmək əsasdır. Bu həm valideyn-övlad münasibətlərinə müsbət təsir edəcək, həm də, onlarda özgüvən hissini artıracaqdır. Hər hansı səhvlərini izah edərkən də bu metoddan istifadə etmək olar. Məsələn: “sən yalan danışırsan!” əvəzinə  “sən doğru danışmırsan”  və ya “sən qorxaqsan!” əvəzinə “ sən güclü hiss etmirsənmi?” kimi hər zaman neqativ tərəfi yox, pozitiv tərəfi vurğulamaq lazımdır. Belə olduqda uşağın beynundə də mənfi kodlar yazılmır, daima müsbəti etməyə, düşünməyə çalışır. Çünki, deyilən bütün sözlər uşaqların şüuraltısına belə desək, yazılır və valideynlərin bənzətmələri, onlar üçün seçdikləri bənzətmələr, geyimlər və s. onun əyninə, zehninə oturmağa başlayır.

Valideynlər, bu bir neçə qaydanı tətbiq etsələr övladlarında və onlarla münasibətlərində yaranan dəyişiklikləri açıq-aydın müşahidə edəcəklər.

Amerika Beynəlxalq  Nevrorequlyasiya və tədqiqatlar  Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!