Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

Terapiyası yarım qalan Saleh balaya Narınc Psixologiya Mərkəzi təmənnasız dəstək göstərəcək

Saleh balanın 5 yaşı var. Onda hələ bir yaşından etibarən bir çox problemlər müşahidə edilməyə başlayıb. Belə ki, Saleh balamızda nitq inkişafında ləngimələr var. Həmçinin, diqqət əskikliyi və əqli inkişafında da müəyyən geriləmələr var.

Qeyd edək ki, balamızda nitq qüsurları və müəyyən problemlər var idi. Müəyyən müddət mərkəzimizdə olub və bu problemləri bir qədər qədər aradan qalxıb. Məsələn, demək olar ki, nitqi yox idi, bizim terapiyalarımız sayəsində artıq o müəyyən dərəcədə özünü ifadə edə və  danışa bilir. Ancaq, Saleh balamız ailəsinin maddi vəziyyətinə görə terapiyaları yarıda dayandırmaq məcburiyyətində qalıb. Ancaq biz “sağlam övlad, xoşbəxt ailə” amalımıza sadiq qalıb, Narınc Psixologiya Mərkəzi olaraq Saleh balamızın terapiylarını yarıda qoymaması və birlikdə çıxdığımız yolu uğurla nəticələndirmək üçün balamıza təmənnasız şəkildə yardım edəcəyik. Hədəflədiyimiz gözəl nəticəni alanadək terapiyalarımız tam sürətlə davam edəcəkdir. Uğurlu nəticəmizi isə tezliklə bölüşəcəyik!

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!