Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

Tətil günlərində uşaqların vaxtını səmərəli keçirməsi üçün nə etmək lazımdır?

Tətil və bayram günlərində bağça və məktəblər bir müddət fəaliyyətini dayandırır. Bu günlərdə necə etmək lazımdır ki, uşaqlar həm öyrənsin, həm də ailəsi ilə birlikdə bu günləri əyləncəli keçirsin. Məsələnin psixoloji tərəfləri və tətil, bayram günlərində uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi, bütün bunların onların psixologiyasına təsirləri haqqında Amerika Beynəlxalq  Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova bizim.media saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

“ İlk öncə bildirmək lazımdır ki, tətil, istirahət günlərindən sonra uşaqlar bağçaya və ya məktəbə qayıtdıqda daha gümrah və enerjili olmaları üçün tətil günlərində yaxşıca istirahət etməlidirlər. Amma baununla yanaşı öyrənməkdən də geri qalmamalıdırlar. Uşaqların asudə vaxtlarının səmərəli təşkil olunması vacib nüanslardan biridir. Belə vaxta valideynlərin onlar üçün əyləncəli, həm də, öyrədici olacaq oyunlara, təlimlərə yönəltmələri tövsiyə edilir. Xüsusilə, uzun müddətli tətil günlərində bu uşaqlar üçün faydalı olacaqdır. Uşaqlar bir müddətlik tətillərdən, bayram günlərindən sonra yenidən bağçaya, məktəbə qayıtdıqda onlarda adaptasiya prosesi müəyyən mənada çətin olur. Xüsusən də bu hal istirahət, bayram günləri uzun olanda daha çox baş verir. Çünki rahatlığa, evdə istirahət etməyə öyrəşdikdən sonra  yenidən məktəbə və ya bağçaya qayıtmaq, adaptasiya olmaqda çətinlik şəkirlər. Bu hallar həftəsonlarından sonra yeni bir həftəyə başladıqda da ola bilir.

Ümumiyyətlə vurğulamaq istərdim ki, bayram və tətil günləri uşaqların istirahəti ilə yanaşı intellektual inkişafı üçün də yaxşı bir fürsət kimi dəyərləndirilə bilər. Hər bir valideyn xüsusən bu günlərdə övladını texnologiyadan, telefon və kompyuterdən uzaq tutmağa çalışmalı, daha çox açıq havada gəzməyə, onlarla birlikdə vaxt keçirməyə üstünlük verməlidirlər. Eyni zamanda birlikdə rəsm çəkmək, idman etmək, kitab oxumaq və s.kimi məşğuliyyətlər də nəinki uşaqların inkişafına fayda verir, həm də, onların zövqünü formalaşdırır. Həmçinin əlavə olaraq bildirməliyəm ki, yaxşı olar ki, valideynlər tətil günlərində plan qururlarsa bunu uşaqlarla birlikdə etməli və onların fikirlərini də öyrənməlidirlər. Valideynlər uşaqlardan da soruşmalı və fikir mübadiləsi aparılaraq ortaq qərar alınmalıdır. Beləliklə, valideyn artıq bununla övladına bir şəxsiyyət kimi yanaşır, bu da uşaqlarda özgüvən hissini artırır. Çünki, çox zaman bu planlamanın yalnız ana-atanın bir-biri ilə məsləhətləşərək təşkil etdiyini və uşaqların bundan kənarda qaldığını müşahidə edirik. Bildirmək lazımdır ki, bu doğru yanaşma üsulu deyil. Belə ki, uşaqlar kənarda qaldıqlarını, onların heç bir fikrinə önəm verilmədiyini gördükdə özgüvənsizlik yaşayır və valideyn-övlad münasibətində zamanla bir çox problemlər yaranır.

Bu günlərdə valideynlərin diqqətdə saxladığı məqamlardan biri də, uşağın rejimdə qalması məsələsidir. Eyni zamanda burada uşağın günlük yuxu rejimi də önəmli hissələrdən birini təşkil edir. Yəni, valideynlər uşağın yuxu rejiminin pozulmamasına, gecə-gendüz yuxusunun qarışmamasına, tətil günlərində xüsusi diqqət yetirməlidirlər. Belə ki, tətil günləri sona çatdıqda rejimsiz uşaqlarda səhər erkən oyananmaq, məktəb və ya bağçaya getmək prosesi çətinləşir. Hətta bu hallar davamlı baş verdikdə irəli dönəmlərdə belə uşaqlarda məktəbə və bağçaya qarşı aqressiya yaranır. Çünki, doğru yuxu rejimi uşağın böyüməsi, inkişafı ilə bərabər sinir sisteminin,əsəblərinin də normada olmasına gətirib çıxarır. Günlük rejimi saatlarla telefon, televizor və kompyuterlə məşğul olmaq və ya günün çox hissəsini ancaq kitab oxumaq yerinə gününü planlayıb, hissələrə bölüb hər hissədə bir məşğuliyyəti yerinə yetirmək olar. Daha dəqiq şəkildə izah etsəm, yaxşı olar ki, uşaqlar valideynlərinin köməyi ilə bu günlərdə özlərinə günlük hədəflərindən ibarət bir cədvəl qursunlar. Belə ki, gün içərisində həmin cədvəldə qeyd etdiklərinə əməl etməyə çalışsınlar. Bununla bərabər tətil günlərində uşaqların bağça və ya məktəb yoldaşları ilə görüşlər təşkil etmək, onların birgə oyunlar oynaması, əylənməsi üçün şərait yaratmaq lazımdır. Beləcə onların bayram günləri, tətil günləri həm səmərəli, həm öyrədici, həm də maraqlı keçmiş olar.”

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!