Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

“Xəmir yanaq” uşaqlar

 Xəmir yanaq uşaqların artikulyar əzələləri inkşaf etmir və nitq inkşafında geriləmələr olur. Bəzən ailədə qohumlar arasında belə uşaqlara “ toppuş yanaq uşaqlar”, “xəmir yanaq uşaqlar” da deyilir. Bu uşaqların yanaqları çox ətli olduğu üçün onları bu cür adlandırırlar. Ancaq bildirmək lazımdır ki, bütün uşaqların yanağı 18 ayına qədər belə olur. Lakin uşaqların inkşaf dönəmindən asılı olaraq, bəzilərində artikulyar əzələlər yaxşı inkşaf edir, bəzilərində isə əksinə inkşaf ləng gedir və ya inkşafda problemlər yaranır. Bu da öz növbəsində danışmayan “xəmir yanaq” uşaqlar, müxtəlif nitq qüsürlu uşaqların formalaşmasına səbəb olur.

 1 yaşdan etibarən uşaqların nitq inkşafı formalaşmağa başlayır. Eyni zamanda artikulyar əzələlər aktiv fəaliyyət göstərməyə başlayır. Ancaq xəmir yanaq uşaqlarda bu proses belə olmur. Belə ki, onlarda çənəaltı əzələlər, həmçinin dil passivləşməyə başlayır. Buna görə də onlarda nitq inkşafı olduqca zəif gedir.

Belə uşaqlara loqopedik, defektoloji məşğələlər vacibdir.  Davamlı edilən loqopedik masajlar sayəsində belə uşaqlardan yaxşı nəticəsində almaq mümkündür.  Həmiçinin ehtiyac daxilində bunlarla paralel olaraq psixoloq dəstəyidə alınmalıdır. Bunlarla yanaşı uşaqlarda terapiyalar müddətində çeynəmə refleksləri inkşaf etdirilməli və onlara yumşaq qidalarla yanaşı sərt qidalarda verilməlidir. Bundan əlavə xüsusi loqopedik texnikalarla bərabər, həm də üfürmə gimnastikalarıda lazımdır.    

Amerika Beynəlxalq  Nevrorequlyasiya və tədqiqatlar  Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova 

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!