Heç kimə sirr deyil ki, insanların sevdikləri rənglərdən, qidalardan, geyim tərzlərindən və s. müəyyən mənada xarakterik cəhətlərini, eləcə də psixo-emosional vəziyyətlərini müəyyənləşdirmək olur. Bu tip suallar da mütəmadi olaraq psixoloqlara ünvanlanan suallar sırasındadır. Bu sualları ümumi olaraq belə cavablandırmaq olar:
Digər rənglərdə olduğu kimi qırmızı rəngin də insanın psixo-emosional sferasında, onu müəyyənləşdirməkdə özünəməxsus yeri var. Belə ki qırmızı rəngi sevən insanlarda liderlik ruhu olur. Həmçinin risk psixologiyasına xas bir rəngdir, yəni riski sevən insanlar, eləcə də cəsarətli insanlar qırmızı rəngə daha çox üstünlük verir. Bu rəng həmçinin insanda aclıq hissi yaradan rənglər sırasındadır. Fikir versək, restoranlarda, qida qatqılarında, məşhur fastfood məkanlarında ən çox istifadə olunan rəng sarıdırsa digəri də qırmızı rəngdir. Həmçinin bu rəngi sevən insanlar çox zaman güclü psixologiyaya sahib olur eləcə də güc, idarəçilik və iqtidara meyilli olurlar. Həm də, belə insanlarda himəyədarlıq, himayəçilik duyğusu da güclü olur. Eyni zamanda hiperaktiv uşaqlar da qırmızı rəngi sevir və ona meyilli olurlar. Ona görə də hiperaktiv uşağı olan valideynlərə çox zaman uşaqları qırmızı rəngdən yayındırmaq, qırmızı geyimlər geyindirməmək tövsiyə edilir. Çünki, bu onlarda qan təzyiqini yüksəldir, ətalətliliyi,hərərkət sürətini artırır. Bu da nəticədə hiperativ uşaqların daha da çox aktivləşməsinə gətirib çıxarır. Həmçinin araşdırmalar göstərir ki, iş görüşmələrində qırmızı rəngdən geyimdə, aksesuarda və s. bir detal kimi istifadə etmək qarşı tərəfə insanın özgüvənli, stessə davamlılıq kimi psixoloji tərəflərinin güclü olduğu siqnalını verir.
Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova
https://www.youtube.com/watch?v=BVXk0QSIIv8