Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

“ Dünya Autizm Məlumatlandırma Günü” Tədbiri

6 aprel 2023-cü il Narınc psixologiya Mərkəzi və Psixologiya Elmi-Tədqiqat İnstutunun tarixində əlamətdar gün kimi yadda qalıb. Belə ki,  DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində Autizmlə bağlı maarifləndirici tədbir təşkil olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, Birgə və Sağlam İctimai Birliyi,  Narınc Psixologiya Mərkəzi və Psixologiya Elmi Tədqiqat İnstitutunun birgə təşkil etdiyi “Dünya Autizm Məlumatlandırma Günü”  tədbirində dünyada və ölkəmizdə autizmlə bağlı vəziyyət, autizm spektr pozuntusu olan şəxslərin reabilitasiyası istiqamətində zəruri tədbirlərdən danışılıb.  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbərinin müavini Cavid-Əbdul Qədirov, elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev, Psixologiya-Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov, Narınc Psixologiya Mərkəzinin təsisçi-rəhbəri, uzman-klinik psixoloq Narınc Rüstəmova və tədbir iştirakçıları mərkəzdə sosial cəhətdən həssas əhali qruplarına aid şəxslərin təlim və yaradıcılıq prosesini izləyib, əl işləri ilə tanış olublar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktor müavini Nigar Məmmədova bir ildən artıq müddətdə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış bu unikal məkanda autizm sindromlu uşaq və yeniyetmələrin yaradıcılıq imkanlarının aşkarlanaraq inkişaf etdirilməsi istiqamətində görülən işlərdən söhbət açıb. Qeyd olunub ki, mərkəzdə bu kateqoriyadan olan şəxslərə fərdi inkişaf planı əsasında  psixoloji, loqopedik, pedaqoji dəstək göstərilir. Tədbirdə Amerika Beynəlxalq  Nevrorequlyasiya və Tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, uzman- klinik psixoloq Narınc Rüstəmova “Autizm spektr pozuntusu olan uşaqlara erkən müdaxilə proqramının faydası” mövzusunda təqdimatla çıxış edib. Narınc Rüstəmova Azərbaycanda ilk dəfə aparılan tədqiqat işini təqdim edib və autizmdə erkən müdaxilənin faydaları haqqında danışıb. Həmçinin tədbirdə Birgə və Sağlam İctimai Birliyinin sədri Aytən Eynalova, Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov,  autizm spektrli şəxslərin valideynləri çıxış edərək, sözügedən istiqamətdə təcrübələrini bölüşüblər.

Tədbirdə həssas qruplardan olan istedadlı şəxslərin iştirakı ilə bədii hissə təqdim olunub.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!