“Davranış pozuntulu uşaqlar gələcəyin cinayətkarıdır!”

Xəbər saytlarında yayılan məlumata görə 4 yaşlı Məryəm Allahyarova amansızcasına öldürülərək quyuya atılıb. Hadisə Xəzər rayonunda baş verib. Öldürülüb quyuya atılan 4 yaşlı Məryəm Allahyarovaya əzab verməkdə ittiham olunan atası Taleh Allahyarovun cinayət işi üzrə məhkəmə araşdırması tamamlanıb. Məhkəmə araşdırması zamanı məlum olub ki, T.Allahyarov Məryəmi mütəmadi olaraq döyməklə, ona qarşı  zorakı hərəkətlər edib və dəfələrlə şiddət göstərib. Hətta məlumata görə, atası siqareti onun bədəninin müxtəlif nahiyələrinə basıb, həmçinin boynuna uzatma kabeli dolayaraq həmin kabeli də tavana bağlayıb boğucu hərəkətlər edib. O, qeyd olunan işgəncələrlə Məryəmə müxtəlif dərəcəli bədən xəsarəti yetirməklə ona əzab verib.

Uşaqların kiçik yaşlardan istər fiziki, istərsə də psixoloji şiddətə məruz qalması, onlra ailəsi və ya yaxını tərəfindən zorakılıq edilməsi və s. kimi halların onların psixologiyasına təsiri haqqında Uzman- Klinik psixoloq Narınc Rüstəmova narınc.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

“İlk öncə bildirmək istəyirəm ki, çox təəssüf ki, bir çox hallarda boşanmalar, ayrılıqlar zamanı cütlüklər ər-arvad kimi ayrıldıqları kimi ana-ata kimi ayrılırlar. Ancaq bu doğru addım deyil. Ər-arvad kimi ayrılmaq olar, amma ana-ata kimi ayrılmamalıdırlar. Ailəd, ana-ata arasında baş verən münasibətlər uşaqlara da öz təsirini göstərir. Hətta, cütlüklər bir-birinə qarşı olan aqressiyasını da bəzən uşağa yönəldərək həll etməyə çalışırlar. Bu zaman vəziyyət daha da çətinləşir və bu hadisədə olduğu kimi vəziyyət qəsdən öldürmə kimi ciddi bir pronlemə qədər gedib çıxa bilir. Mən deyərdim ki, uşaqların 3 valideyni var: anası, atası və onların arasındakı münasibət

Çox təsssüf ki, biz-psixoloqlar da ailə daxili konfliktin qurbanı olmuş, sarsıntı keçirmiş uşaqlarla tez-tez qarşılaşır və onlarla çalışırıq. Bu hadisə məni də çox sarıtdı və balaca balamızın yaxınlarına, anasına səbr arzu edirəm. Boşuna deyilməyib ki, “uşağın ən güvənli yeri sağlam anasının qucağıdır.” Xüsusən azyaşlı uşaqlar mütləq anasının yanında olmalıdır. Hadisədən də görünür ki, ana uşağın yanında olmayıb və anası geri dönsün, qayıtsın deyə atası bu cür davranıb, ona işgəncələr verib. Belə hallar çox zaman əsəb-kontrol problemi, stess pozuntusu daxili gərginliyi olan insanlarda daha çox müşahidə edilir. Bu hallar yeniyetməlik dönəmindən etibarən müxtəlif aqressisiv davranışlarla, ətrafına zərər yetirməklə özünü göstərməyə başlayır. Ona görə də zamanında belə insanların psixoloji müayinədən keçməsi və psixoloji dəstək alması vacib məsələdir. Əks halda bu davranışlar qəlibləşir və insanda xarakter kimi formalaşmağa başlayır və bu kimi xoşagəlməz hadisələr baş verir. Elə bu hadisədə də atanın keçmişinə, yeniyetməlik dönəminə nəzər salsaq onun davranış pozuntulu, ətrafına zərər yetirən və özündən gücsüzlərə qarşı şiddət tətbiq etdiyi görə bilərik. Bu insana isə “ata” deməyə də dilim gəlmir, 4 yaşında özünü müdafiə edə bilməyən bir uşağa işgəncə vermək insanlığa sığan hal deyil. İlk öncə kiçik bir sillə ilə başlayan zorakılıq zamanında müdaxilə edilmədikcə belə bir faciə ilə nəticələnə bilir. Bu səbəbdən də vaxtında tədbirlər görmək, hətta ətrafımızda, yaxınımızda, qonşumuzda və s. belə hal, yəni azyaşlı uşaqlara qarşı zorakılıq, şiddət baş verərsə müdaxilə etmək lazımdır. Elə də, bu azyaşlı balamızın ölümündə yalnız ata deyil, baş verənlərdən xəbərdar olub sakit dayananların hər biri müəyyən qədər günahkardır.

Çox təəssüf ki, zamanında şəxsiyyət pozuntusu, davranış pozuntusu, əsəb-kontrol problemi olan uşaqlar psixoloji müayinədən küçmədikdə, terapiya görmədikdə həyatlarının sonrakı dönəmində bu davranışlar daha da irəliləyir və belə bir şiddətli formaya çatır. Ona görə də valideynlər diqqətli olmalı və övladlarında bu tip davranışlar müşahidə etdikdə psixoloqa müraciət etməlidirlər.”

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!