Sosial medianın uşaqlara təsiri

Sosial medianın uşaqlara təsiri

Günümüzdə ən aktual mövzulardan biridir. Belə ki, müasir dövrdə medianın uşaqların, xüsusilə yeniyetmələrin psixoloji vəziyyətinə təsiri danılmazdır. Hətta media ikinci tərbiyə növü kimi insanların, xüsusilə yeniyetmələrin və gənclərin həyatına təsir edir. Gənclər, yeniyetmələr çox zaman sosial mediada gördüyü, bəyəndiyi fenomenin həyatını izləyir zamanla onun kimi yaşamaq istəyir, onun stilini öz həyatına, yaşantısına tətbiq etməyə başlayır. Bu da artıq yeniyetmənin ailəsi ilə arasında ziddiyətin yaranmasına gətirib çıxarır. Məsələn: hər hansı musiqi qrupunu davamlı dinləyirsə onun stilini, saç düzümünü də yavaş-yavaş öz yaşamına tətbiq etmək istəyi yaranır. Məsələn: dinlədiyi və çox sevdiyi ifaçının saçlarının rəngi mavidirsə bir müddət sonra yeniyetmə də saçlarını mavi rəngə boyamaq istəyir. Bu zaman ailəsi onun bu istəyini aqressiya ilə qarşılayır və bu da ailədaxili konfliklərə gətirib çıxarır. Belə hallar da çox zaman uşaqlarda ailəsi tərəfindən sevilməmək, diqqət görülmədiyi hissinin formalaşmasına gətirib çıxarır.

Valideynlər bu dönəmdə kompromisə gəlməyi bacarmalı, övladına qarşı aqressiv davranmamağa çalışmalı və fikirlərini onun anlayacağı dildə, başa düşəcəyi şəkildə izah etməli ortaq bir məxrəcə gəlməlidirlər. Məsələn: saçını boyamaqda davamlı təkid edən yeniyetməyə valideyn həvəsi keçənə qədər tətil günlərində bir müddətlik keçici boya ilə saçını boyamağa icazə verə bilər. Ancaq izah etməlidir ki, bu bir neçə günlük tətil günlərində ola bilər, məktəbə yenidən davam etdikdə isə bu biyaları birlikdə təmizləyərik. Məktəbə bu şəkildə getmək düzgün deyil. Həmçinin bu dönəmdə valideynlər övladını nəzarətdə saxlamalı, baxdığı filmlərə, izlədiyi sənət insanlarına, münasibət qurduğu insanlara diqqət etməlidirlər.

Ona görə də valideynlər bütün bunları nəzərə almalı və övladının çətin dönəmində ona dəstək olmalı, onların fikirlərinə bir şəxsiyyət kimi hörmət etdiklərini hiss etdirməli və bir yerdə ortaq məxrəcə gəlməlidirlər. Bütün bunlar uşaqların yeniyetməlik dönəmini rahat şəkildə keçirməsinə və irəli yaşlarda güclü bir şəxsiyyət kimi formalaşmasına səbəb olacaqdır.

Amerika Beynəlxalq  Nevrorequlyasiya və tədqiqatlar  Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!