İkinci Qarabağ müharibəsi veteranı Saatov Gümrah qızı üçün Narınc Rüstəmovaya müraciət etdi

Saatov Gümrah Azər oğlu 2 mart 1991-ci ildə Şəki rayonun Baş Göynük kəndində anadan olmuşdur. 2009-2010-cu illərdə həqiqi-hərbi xidmətdə olmuşdur. 27 senytabr 2020-ci ildə 2-ci Qarabağ müharibəsi zamanı müharibəyə qatılmış Suqovuşan və Talış kəndləri istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Müharibə dövründə döyüş əməliyyatlarını uğurla yerinə yetirdiyinə və göstərdiyi şücaətə görə “Vətən müharibəsi iştirakçısı” və “Suqovuşanın azad olunmasına görə” medaalları ilə təltif edilmişdir.

Nihan balamızın 4 yaşı olsa da nitqi çox geridir. Həmçinin Nihan balamızda hiperaktivlik sindromu və diqqət əskikliyi də müşahidə olunur. Nihan balamızın 4 yaşı olsa da, 1 yaşlı uşaq səviyyəsindədir. Eyni zamanda balamızda doğuş travması da var. İnkişafdan geri qalmaları var. Nihan balayla, kompleks terapiya həm loqoped, həm psixoloq, həm aparat terapiyası tətbiq edəcəyik. Uğurlu nəticəmizi tezliklə bölüşəcəyik!

 Allahdan Şəhidlərimizə rəhmət, Qazilərimizə şəfa diləyirik!

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!