“Çox çalışan, oxuyan uşaqlarda həyəcan-təşviş pozuntusu daha çox müşahidə edilir” -psixoloq fikri

“Çox çalışan, oxuyan uşaqlarda həyəcan-təşviş pozuntusu daha çox müşahidə edilir” -psixoloq fikri

“Məktəb dönəmində şagirdin stress yaşaması, bəzən tətildən sonra yenidən məktəbə başlamaq istəməməsi görülən hallar sırasındadır. Belə vəziyyət xüsusən valideynləri daha çox narahat edir. Belə ki, ələlxüsus uzun müddətli tətil günlərindən sonra şagirdlərdə məktəbə, dərslərə qarşı adaptasiya problemi yaranmağa başlayır”. Bu sözləri SİA-ya açıqlamasında Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, uzman-klinik psixoloq Narınc Rüstəmova deyib.

Onun sözlərinə görə, bunlardan əlavə yuxu pozulmaları, səhər erkən oyana bilməmək və məktəbə gecikmələr də artmağa başlayır ki, bunlar da bütöv bir şəkildə şagirdə mənfi təsir göstərir və dərslərdə müəyyən dərəcədə geriləməsinə, dərs buraxmasına səbəb olur: “Bütün bunlar son nəticədə, hətta həyəcana, stess halına və bundan yaranan depressiv vəziyyətlərə də gətirib çıxara bilir.

Peşəkar psixoloqun dəstəyi ilə, belə problemlər korreksiya edilə və zamanla aradan qaldırıla bilər. Bunun üçün, psixoloq əvvəlcə pasientlə doğru nəfəs gimnastikaları üzərində işləməli və həmin stess, həyəcan situasiyada hansı nəfəs texnikasını etməsi lazım olduğunu ona öyrətməlidir. Belə ki, bu nəfəs gimnastikaları həmin an həyəcanı, qan dövranını nəzarətdə saxlayaraq beyinin oksigen ilə zənginləşməsinə, şagirdin və ya abituriyentin sakitləşməsinə, rahat şəkildə dərslərə, tapşırıqlara konsentrasiya ola bilməsinə kömək edir. Əlavə olaraq onu da deyə bilərəm ki, nəfəs texnikaları, gimnastikaları standart və qəlibləşmiş formada deyil, müxtəlif olur. Belə ki, bu şagirdə, abituriyentə və tələbəyə, onların yaşadığı stress və həyəcanın ağırlıq dərəcəsinə görə fərqlənir.

Hər zaman çox çalışan, oxuyan, kiçik detallara belə nəzər yetirən uşaqlarda həyəcan-təşviş pozuntusu daha çox müşahidə edilir. Belə uşaqlar həmişə belə desək, hər şeyin ən yaxşısına nail olmaq istəyir və mükəmməliyyətçi olurlar. Ona görə də, işlər tərs getdikdə, istədikləri nəticəni əldə edə bilmədikdə panikaya düşür və stress yaşayırlar.

Qeyd etdiyim kimi belə hallar, yəni məktəb dönəmində stress, məktəbə adaptasiya problemi, imtahan zamanı həyəcan-təşviş və s. daha da dərinləşmədən zamanında psixoloqa müraciət edilməlidir“.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });