Şəhid Rüstəm Nəriman oğlu Dünyamalıyev 31 yanvar 1993-cü ildə Şamaxıda anadan olmuşdur. 2023-cü ildə 24 saat davam edən “anititerror əməliyyatı” zamanı Xocalı, Ağdərə və Xankəndi şəhəri ətrafında gedən döyüşlərdə qəhrəmancasına döyüşmüş və şəhid olmuşdur.
Ölümündən sonra “Vətən uğrunda” medalı, “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.
Uğur balmızın 10 yaşı var və kəkələmədən əziyyət çəkir. Kəkələmə Uğurda 2 yaşından etibarən başlayıb. Uğur balamız hazırda 3-cü sinifdə oxuyur. Kəkələmə problemi balamıza təhsil həyatında, dərslərində mane olur. Həyəcanlanır, utanır bu da ona özünü ifadə etməkdə çətinlik yaradır. Bu səbəbdən anası mərkəzimizə müraciət etdi. Anasının sözlərinə görə, atası şəhid olduqdan sonra Uğur balamızın kəkələməsi daha da artıb.
Biz də Narınc ailəsi olaraq şəhidimizin həyat yoldaşının müraciətinə biganə qalmadıq. Belə ki, Uğur balamızı mərkəzə dəvət edərək həm, loqopedik, həm psixoloji, həm də aparat müayinələrindən keçiridik. Uğur balamıza xüsusi proqram təyin etdik, artıq terapiyalara başladı.
Uğur balamızdakı uğurlu nəticəni tezliklə bölüşəcəyik!